Pirotexniki vasitə aşkar olunub
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21013" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
5 Mart 2018 15:58 KriminalTovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21013" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, baxış zamanı, avtomobilin qabaq buferinin altında gömrük nəzarətindən gizlədilən, hər birinin içində 60 ədəd olmaqla 30 qutu pirotexniki vasitə aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31