Samuxda uzunluğu 30.9 km olan iki avtomobil yolu yenidən qurulur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Samux rayonunda uzunluğu 30.9 km olan iki avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, bu 18.2 km-lik Çobanabdallı-Lək-Əlibayramlı və 12.7 km-lik Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yollarıdır. Avtomobil yollarının hər biri 3 yaşayış məntəqələrini əhatə etməklə 10 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdıracaq.
5 Mart 2018 16:20 SosialAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Samux rayonunda uzunluğu 30.9 km olan iki avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, bu 18.2 km-lik Çobanabdallı-Lək-Əlibayramlı və 12.7 km-lik Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yollarıdır. Avtomobil yollarının hər biri 3 yaşayış məntəqələrini əhatə etməklə 10 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdıracaq.
Çobanabdallı - Lək - Əlibayramlı avtomobil yolunun 4.3 km-lik hissəsi III texniki dərəcəyə, 13.9 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun yenidən qurulur. Müvafiq olaraq yolun hərəkət hissəsinin eni 4.3 km-lik hissədə 7 m, 13.9 km-lik hissədə isə 6 m təşkil edəcək. Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yolu da IV texniki dərəcəyə uyğun yenidən qurulur. Müvafiq olaraq yolun hərəkət hissəsinin eni 6 m təşkil edəcək.
Anoloji işlər Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yolunda da aparılır. Bu yolda da 12 ədəd müxtəlif diametrli mövcud suötürücü dəmir-beton boruların başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası və bir o qədər də müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması işləri aparılacaq.