Zəngilan rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb- ÖZƏL
15:28 SosialZəngilan 1 saylı mediasiya təşkilatının "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Zəngilan 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. Mediasiya Şurasından "Olaylar"a bildirilib ki, Zəngilan və Qubadlı rayonu üzrə vətəndaşlar 5 sentyabr 2026-cı ildən etibarən Zəngilan 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Zəngilan 1 saylı mediasiya təşkilatının məlumatları:
Təşkilatın direktoru: Quliyev Elçin İbrahim oğlu
Təşkilatın müvəqqəti fəaliyyət göstərəcəyi ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsi, 91c
Telefon: +994 (50) 285 21 01
E-mail: [email protected]