Gündəm
İranda valyuta problemi
İranda dövlətin işçilərinin maaş ödəmə problemi həll edilmədən yeni problem meydana gəlib. Bu səfər ölkədə yerli pul vahidi rialın sürətlə qiymətdən düşməsi nəticəsində camaat əllərində olan vəsaitlərini xilas etmək üçün valyutadəyişmə məntəqələrinə və zərgər dükanlarına axın edib.
“Azəriqaz” İB “ASAN Xidmət” vasitəsi ilə 40 286 istehlakçıya xidmət edib
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.
Azərbaycanın turizm imkanları Almaniya və Yunaıstanda təbliğ edilir
2018-ci ilin 7-11mart tarixində Almaniyanın paytaxtı Berlin şəhərində “İTB Berlin 2018” beynəlxalq turizm sərgisi keçiriləcək. “OLAYLAR” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, sözügedən tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Vidadi İsgəndərlinin atasının qəbrinin təhqir olunması xəbəri yalan və təxribatdır
Sosial şəbəkələrdə yayılmış xəbərlərdə hazırda Avropada yaşayan hüquqşünas Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunduğu iddia edilib. Məlumata görə, xəbərdə bildirilir ki, rayonda bir qrup şəxs onun atasının məzarını insanlığa sığmayan iyrənc bir şəkildə təhqir edib və prosesi çəkərək internetə yerləşdirib. Videogörüntüdə onun ünvanına söyüş və təhqir dolu ifadələr işlədilir, bunun V.İsgəndərlinin tənqidlərinə cavab olduğu deyilir.
Məşhurlarımızın “instagram”dan qazancları – SİYAHI
Dünya şou-biznesində olduğu kimi, Azərbaycan məşhurları da “İnstagram”dan biznes məqsədləri üçün istifadə edirlər.
“Ermənistanda siyasi fiqurların yerdəyişməsi heç bir inkişafa gətirə bilməz”
Ermənistanda yeni prezidenti istər Qərb meylli, istərsə Rusiya meylli olsun, Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, onlar öz işğalçı siyasətlərindən əl çəkmədikcə bu dövlətdə heç bir inkişafdan söz gedə bilməz.
“Riyaziyyat üzrə nəticələr keçən ildən də bərbaddır” - Ekspert
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) martın 4-də Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 36846 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.
Metsamor AES "bombalandı" – Ermənistanda HƏYƏCAN
Ermənistan sakini ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) “qaynar xətt”inə Metsamor Atom Elektrik Stansiyasının (AES) minalanması barədə yalan məlumat verib. Bu haqda respublika polisinin informasiya və KİV-lə əlaqələr üzrə şöbəsinin rəisi Edqar Canoyan bildirib.
“Real Təhlil İnformasiya Mərkəzi”-nə lisenziya verildi
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan verilən məlumata görə, iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.
Xəzərin sahilboyunda torpaqlardan qanunsuz istifadə ilə bağlı 59 hal aşkarlanıb
Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların istifadəsi və mühafizəsi ilə bağlı davamlı monitorinqlər keçirir. Bu barədə Komitənin Mətbuat Xidmətindən məlumat verilib. Torpaqlardan təyinatına uyğun və səmərəli istifadəsi, əsassız zəbt olunması, qanunvericiliyin tələblərindən irəli gələrək mühafizə zolaqları amilinə riayət edilməsi istiqamətində nəzarət tədbirləri gücləndirilir. Müvafiq tələblərə cavab verməyən tikinti işlərinin qarşısının alınması, torpaqların münbit qatının daşınmaması ilə bağlı monitorinqlər keçirilir, məqsədyönlü təhlillər aparılır.
Qazaxıstan yoxsul vətəndaşları üçün vergini azaldır
Qazaxıstan prezidenti Nursultan Nazarbayev gələn ilin yanvar ayının 1-dən vergiləri azaltmaq barədə vəd verib. Məlumata görə, ölkə prezidenti bu barədə parlamentdə çıxışı zamanı deyib.
Trampdan ETİRAF: Uduzduq
ABŞ bütün ticarət sövdələşmələrində uduzub, poladəritmə və alüminium sənayesi demək olar ki, tamamilə dağılıb. Məlumata görə, belə bir etirafı ABŞ prezidenti Donald Tramp edib. Amerikalı lider deyib: "Biz bütün ticari sövdələşmələrdə uduzan tərəf olmuşuq. Dostlarımız da, düşmənlərimiz də uzun illər ABŞ hesabına mənfəət əldə edib. Bizim polad və alüminium istehsalımız məhv olub".
Ötən il 26 polis əməkdaşı xidmətdən xaric olunub, 40-ı isə vəzifədən azad edilib
Ötən il cəzalandırılan polis əməkdaşlarının sayı açıqlanıb. Məlumata görə,Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatda bildirilir ki, ötən il daxili nəzarət çərçivəsində aşkarlanmış 312 fakt üzrə 414 əməkdaş intizam qaydasında cəzalandırılıb.
Putinin müşaviri Rusiyanın dünya internet şəbəkəsindən təcrid edilməsi təhlükəsindən danışıb
“Rusiya texniki cəhətdən beynəlxalq internet şəbəkəsindən kənarlaşdırılmasına hazırdır, lakin bu proses ağrısız olmayacaq”. Məlumata görə, bunu Rusiya prezidentinin internetin inkişafı üzrə müşaviri Qerman Klimenko NTV kanalına müsahibəsində deyib.
ABŞ xüsusi təlimat verdiyi 70 PKK terrorçusunu Afrinə göndərib
ABŞ 1990-cı illərdən bəri Guam adasında xüsusi təlim verdiyi terrorçu PKK qruplaşmasının 70 silahlısını Afrinə göndərib. Amerikalı hərbi təlimatçılar bu terrorçulara təyyarə və helikopterləri idarə, tank əleyhinə silahdan, zenit və rəqəmsal minadan istifadə etməyi öyrədiblər.














