Ötən il 26 polis əməkdaşı xidmətdən xaric olunub, 40-ı isə vəzifədən azad edilib
Ötən il cəzalandırılan polis əməkdaşlarının sayı açıqlanıb. Məlumata görə,Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatda bildirilir ki, ötən il daxili nəzarət çərçivəsində aşkarlanmış 312 fakt üzrə 414 əməkdaş intizam qaydasında cəzalandırılıb.
5 Mart 2018 16:35 SosialÖtən il cəzalandırılan polis əməkdaşlarının sayı açıqlanıb. Məlumata görə, Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatda bildirilir ki, ötən il daxili nəzarət çərçivəsində aşkarlanmış 312 fakt üzrə 414 əməkdaş intizam qaydasında cəzalandırılıb. Onlardan 26-sı daxili işlər orqanlarında xidmətdən xaric olunub, 40-ı tutduğu vəzifədən azad edilib, 348 əməkdaş barəsində isə digər tənbeh tədbirləri görülüb. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31