İranda valyuta problemi
İranda dövlətin işçilərinin maaş ödəmə problemi həll edilmədən yeni problem meydana gəlib. Bu səfər ölkədə yerli pul vahidi rialın sürətlə qiymətdən düşməsi nəticəsində camaat əllərində olan vəsaitlərini xilas etmək üçün valyutadəyişmə məntəqələrinə və zərgər dükanlarına axın edib.
5 Mart 2018 17:19 Dünyaİranda dövlətin işçilərinin maaş ödəmə problemi həll edilmədən yeni problem meydana gəlib. Bu səfər ölkədə yerli pul vahidi rialın sürətlə qiymətdən düşməsi nəticəsində camaat əllərində olan vəsaitlərini xilas etmək üçün valyutadəyişmə məntəqələrinə və zərgər dükanlarına axın edib. Dollar, avro və başqa xarici ölkə pul vahidlərinin qara bazara düşdüyü gələn xəbərlər sırasındadır. Ötən gün yüzlərcə insan qara bazarda valyuta alveri səbəbilə həbs edilib. Mərkəzi Bank isə faizləri 5% artırıb. Bu gündən etibarən ABŞ dolları ilə aparılan idxalat əməliyyatları dayandırılıb.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.