Yunus Oğuzun iki yeni kitabı Türkiyədə nəşr olunub

Olaylar.az xəbər verir ki, yazıçı-publisist Yunus Oğuzun tarixi mövzuda qələmə aldığı iki yeni kitabı Türkiyədə çapdan çıxıb.

Müəllifin üç kitabdan ibarət "Əmir  Teymur  və  Qara Yusif" tarixi roman silsiləsinin ikinci və üçüncü hissələri Türkiyənin "Bilge Budun Yayınları" nəşriyyatı tərəfindən türk dilində nəşr olunaraq oxuculara təqdim edilib.
Silsilənin ikinci kitabı "Kara Yusuf - Mısır Sultanı ile Savaş", üçüncü kitabı isə "Kara Yusuf ve Şahruh" adlanır.
Qeyd edək ki, Yunus Oğuzun tarixi romanları türk dünyasının ortaq keçmişini, dövlətçilik ənənələrini və tarixi şəxsiyyətlərin fəaliyyətini bədii formada əks etdirməsi ilə seçilir. Onun əsərlərinin Türkiyədə nəşr olunması Azərbaycan ədəbiyyatının qardaş ölkədə tanıdılması və ortaq tarixi irsin daha geniş oxucu auditoriyasına çatdırılması baxımından əhəmiyyət daşıyır.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31