Azərbaycanın turizm imkanları Almaniya və Yunaıstanda təbliğ edilir
2018-ci ilin 7-11mart tarixində Almaniyanın paytaxtı Berlin şəhərində “İTB Berlin 2018” beynəlxalq turizm sərgisi keçiriləcək. “OLAYLAR” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, sözügedən tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
5 Mart 2018 17:13 Sosial2018-ci ilin 7-11mart tarixində Almaniyanın paytaxtı Berlin şəhərində "İTB Berlin 2018" beynəlxalq turizm sərgisi keçiriləcək. "OLAYLAR" Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, sözügedən tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Qeyd edirik ki, "İTB Berlin 2018" beynəlxalq turizm sərgisi öncəsi, 2-3 mart tarixində Yunanıstanda Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin növbəti toplantısı keçirilib. Toplantıda Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov təmsil edib. Səyahət, turizm və qonaqpərvərlik sənayesinin "Davos Forumu" sayılan Lüsern Dünya Turizm Forumunun növbəti toplantısında Birləşmiş Millətlər Təşkilatı Ümumdünya Turizm Təşkilatının (BMÜTT) keçmiş Baş katibi Taleb Rifai, Yunanıstanın turizm naziri Yelena Kontura, bir sıra digər ölkələrin turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri və turizm üzrə tanınmış ekspertlər iştirak edib.
Toplantı zamanı nazir müavini Nazim Səmədov çıxış etmiş və müvafiq görüşlərdə iştirak etmişdir. Məlumat üçün qeyd edirik ki, toplantının əsas mövzusu davamlı turizmin inkişafı naminə dövlət-özəl sektor əməkdaşlığı olub.