“Ermənistanda siyasi fiqurların yerdəyişməsi heç bir inkişafa gətirə bilməz”

Ermənistanda yeni prezidenti istər Qərb meylli, istərsə Rusiya meylli olsun, Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, onlar öz işğalçı siyasətlərindən əl çəkmədikcə bu dövlətdə heç bir inkişafdan söz gedə bilməz.

Bu fikirləri Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib. O qeyd edib ki, Ermənistan bütün layihələrdən təcrid edilib və heç bir təbii resursu yoxdur: "Bu baxımdan yalnız İran Ermənistanın yeganə pəncərəsidir. Hesab edirəm ki, Ermənistanda siyasi fiqurların yerdəyişməsi heç bir inkişafa gətirə bilməz. Əsas fiqurların yox, real siyasi istiqamətin dəyişməsidir".

Politoloq əlavə  edib ki, rəsmi Yerevanın prioritetləri buna yönəlməlidir: "İnanmıram ki, Ermənistan bundan sonra hansısa inkişafa nail olsun". Azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31