Metsamor AES "bombalandı" – Ermənistanda HƏYƏCAN

Ermənistan sakini ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) “qaynar xətt”inə Metsamor Atom Elektrik Stansiyasının (AES) minalanması barədə yalan məlumat verib. Bu haqda respublika polisinin informasiya və KİV-lə əlaqələr üzrə şöbəsinin rəisi Edqar Canoyan bildirib.

Ermənistan sakini ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) "qaynar xətt"inə Metsamor Atom Elektrik Stansiyasının (AES) minalanması barədə yalan məlumat verib. Bu haqda respublika polisinin informasiya və KİV-lə əlaqələr üzrə şöbəsinin rəisi Edqar Canoyan bildirib.

Canoyan bildirib ki, yalan məlumat vermiş vətəndaş bu addımı borca görə elektrik enerjisini kəsməklə hədələnməsinə cavab olaraq atıb. Fakt üzrə araşdırma aparılır. Terrorizm aktı haqqında yalan məlumata görə üç ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31