Gündəm

Qadın sürücü Vasif Məhərrəmlinin videosunu yaydı

5 Mart 2018 17:52

Əməkdar artist Vasif Məhərrəmli idarə etdiyi 10 VM 500 qeydiyyat nişanlı "Rənc Rover" markalı avtomobillə paytaxtda yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə və piyadalara maneə yaradıb. Onun bu hərəkətləri sürücü-təlimçi Arzu Babayeva adlı qadın tərəfindən lentə alınıb. Müğənni avtomobili ilə yolayrıcında geriyə hərəkət edərək piyada keçidinin üstündə dayanıb.

Saakaşvili hakimiyyətə qayıdır!

5 Mart 2018 17:50

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili "Vahid Milli Hərəkat" partiyası üzvlərinə videomüraciət edib. Məlumata görə, videomüraciətində M.Saakaşvili ölkədə seçkilərə aktiv hazırlaşmağa çağırıb.

Telia şirkəti Azercell-dəki payını satmağa razılaşdı

5 Mart 2018 17:48

Telia Sonera və Turkcell-ə məxsus olan Fintur Holdings B.V. (Fintur) şirkəti özünün  Azərbaycanın telekommunikasiya operatoru Azercell-in tam səhmdarı olan Azertel-dəki 51.3 faiz payını Azərbaycan Respublikasının tam dövlət mülkiyyətində olan Azintelekom-a satmağa razılıq verib. 

Yanvar-fevral aylarında əlillər 4243 protez-ortopedik məmulatı və reabilitasiya vasitəsi ilə təmin olunub

5 Mart 2018 17:47

2018-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 4243 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub.

Maraqlı İDDİA: Suriyada əcnəbi terrorçuların əksəriyyəti ABŞ vətəndaşıdır

5 Mart 2018 17:44

Suriyada əcnəbi terrorçuların əksəriyyəti ABŞ vətəndaşıdır. Məlumata görə, bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazır.

“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

5 Mart 2018 17:43

Bakı Şəhəri üzrə Təhsil İdarəsində paytaxt məktəbləri arasında təşkil edilən “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin struktur bölmə rəhbərləri, qalib məktəblərin direktorları və saytın idarə edilməsində məsul olan şəxslər iştirak edib.

AXC - nin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

5 Mart 2018 17:42

Martın 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnşaat-texnologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.  “OLAYLAR”-a daxil olan məlumata görə, fakültənin dekanı, professor  Tahirə Haqverdiyeva AXC-nin 100 illik yubileyinin keçirilməsi haqqında ölkə prezidenti İlham Əliyevin 2017-ci il 16 may tarixli sərəncamını yada salıb, yubileyin keçirilməsinə dair tədbirlər planına uyğun olaraq   “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində  bütün elm-təhsil müəssisələrində, dövlət və özəl qurumlarda silsilə tədbirlərin təşkil olunduğunu deyib. Belə tədbirlərdən birinin bu gün universitetdə baş tutduğunu deyən dekan  bu tarixi günün əhəmiyyəti barədə məlumat verib. O, AXC-nin tarixindən danışıb, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdiyini qeyd edib.  

“Gənclərin İqtisadi Platforması” layihəsi başa çatdı

5 Mart 2018 17:40

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “İRƏLİ” İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutan “Gənclərin İqtisadi Platforması” layihəsi başa çatıb. “OLAYLAR” xəbər verir ki, “Gənclərin İqtisadi Platforması” layihəsi iqtisadiyyat və biznes sahəsində həyata keçirilib. Layihənin ana məqsədi gənclərin sahibkarlıq fəaliyyətinə təkan vermək, iqtisadi inkişafına dəstək olmaq olub.

Məktəblilər üçün 20 000 dollarlıq mükafat şansı

5 Mart 2018 17:39

“Qızıl Bayt  2018” (Golden Byte) beynəlxalq kompüter çempionatı keçiriləcək. “OLAYLAR” Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə keçirilən çempionatın əsas məqsədi informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını  təmin etmək və layihələrinə dəstək verməkdən ibarətdir.

Rusiyada 19 qadını zorlayıb öldürənə ömürlük həbs cəzası verildi

5 Mart 2018 17:37

Rusiyanın Novosibirsk vilayət məhkəməsi keçmiş polis işçisi Yevgeni Çuplinski barədə hökm çıxarıb.  Məlumata görə, Çuplinski 19 qadını zorlayıb öldürməkdə ittiham olunub. Qətl hadisələri 7 il ərzində baş verib.

Petro Poroşenko Prezident İlham Əliyevə başsağlığı verib

5 Mart 2018 17:34

Ukraynan Prezidenti Petro Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Merkelin kansler postuna yenidən namizədliyi irəli sürüldü

5 Mart 2018 17:30

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Angela Merkelin kansler vəzifəsinə yenidən namizədliyini irəli sürüb. Bu barədə yerli televiziya məlumat yayıb. Almaniya kansleri Angela Merkelin başçılıq etdiyi Mühafizəkarlar bloku Sosial-Demokratik Partiyası ilə koalisiya hökuməti qurur.

SON DƏQİQƏ! Türkiyə SQ Candarisin azad edilməsi üçün döyüşlərə başladı

5 Mart 2018 17:28

Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsində Candaris rayonunun azad edilməsi üzrə əməliyyatlara başlayıb. Hazırda Türkiyə SQ Candaris rayonunda terrorçuların mövqelərinə zərbələr endirir, "Azad Suriya Ordusu" birləşmələri isə qəsəbənin ətrafında döyüşlər aparır.

962 avro alan pensiyaçılar aksiya keçiriblər - Pensiyanın azlığından narazıdırlar

5 Mart 2018 17:25

İspaniyada minlərlə pensiyaçı etiraz aksiyası keçirib. Məlumata görə, onların etirazının səbəbi pensiyalarla bağlıdır. Belə ki, etirazçı təqaüdçülər hökumətdən pensiyanın artırılmasını tələb ediblər.

Bakcell şirkəti ADA Universitetinin təşkil etdiyi 6-cı Karyera Sərgisində iştirak edib

5 Mart 2018 17:23

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell ADA Universitetinin təşkil etdiyi 6-cı Karyera Sərgisində iştirak edib. Hər il ənənəvi olaraq keçirilən bu tədbirin məqsədi Azərbaycanın gənc istedadlı tələbələrini və müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələrini bir araya gətirərək onlar arasında əlaqə yaratmaq və gənc kadrları potensial işəgötürənlərə daha yaxın etməkdir. Sərgidə ölkənin ən nüfuzlu şirkət və müəssisələri təmsil olunub və onlar ADA Universitetinin tələbə və məzunlarını müxtəlif karyera və təcrübə imkanları ilə tanış ediblər.