Çin: Yaponiyanın kimyəvi silahlarının vurduğu ziyanı bütün tərəflər bilir- ÖZƏL
11:50 DünyaÇin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) üzv ölkələri Yaponiyanın İkinci Dünya müharibəsi zamanı Çinə vurduğu kimyəvi zərərin miqyasından xəbərdardırlar.
Onun sözlərinə görə, avqustun 31-dən sentyabrın 5-dək KSQT nümayəndələri və 12 ölkədən diplomatlar Çinin Çilin əyalətinə səfər edərək Yaponiyanın müharibə dövründən qalan kimyəvi silahlarının zərərsizləşdirilməsi prosesini izləyiblər. Olaylar.az xəbər verir ki, Mao Ninq qeyd edib ki, Yaponiya militarizmi həmin dövrdə ciddi humanitar fəlakətə səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31