“Gənclərin İqtisadi Platforması” layihəsi başa çatdı

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “İRƏLİ” İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutan “Gənclərin İqtisadi Platforması” layihəsi başa çatıb. “OLAYLAR” xəbər verir ki, “Gənclərin İqtisadi Platforması” layihəsi iqtisadiyyat və biznes sahəsində həyata keçirilib. Layihənin ana məqsədi gənclərin sahibkarlıq fəaliyyətinə təkan vermək, iqtisadi inkişafına dəstək olmaq olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və "İRƏLİ" İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutan "Gənclərin İqtisadi Platforması" layihəsi başa çatıb. "OLAYLAR" xəbər verir ki, "Gənclərin İqtisadi Platforması" layihəsi iqtisadiyyat və biznes sahəsində həyata keçirilib. Layihənin ana məqsədi gənclərin sahibkarlıq fəaliyyətinə təkan vermək, iqtisadi inkişafına dəstək olmaq olub.

3 gün ərzində davam edən layihədə gənclərə iqtisadiyyatın bir çox mövzularında müxtəlif təlimlər keçirilib."Biznes plan, biznes planın hazırlanması", "Menecment- idarəçiliyin əsasları, idarəçilikdə müasir yanaşma","Vaxtın səmərəli və effektli idarə olunması" reallaşdırılan fəaliyyət əsasında keçirilən təlimlərdir.

Layihədə ümumilikdə 25 gənc iştirak edib. Sonda layihə iştirakçıları şəhadətnamə ilə təltif ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31