Gündəm

Türkmənistanda qənd də tapılmır

5 Mart 2018 18:39

Türkmənistanın paytaxtı Aşqabadda qənd qıtlığı yaranıb. Bundan əvvəl bölgələrdə un qıtlığının yaranması haqda da məlumatlar yayılmışdı. Son günlər ölkədə zəruri tələbat mallarının dövlət dükanlarındakı satış norması azaldılıb.

Dubayda dünyanın ən bahalı uşaq çarpayısı satılacaq

5 Mart 2018 18:40

Martın 26-29-da Dubayda keçiriləcək interyer dizaynı sərgisində dünyanın ən bahalı uşaq çarpayısı nümayiş etdiriləcək. Bu barədə "Gulf Neüs” nəşri məlumat yayıb. "Luulu” adlı uşaq çarpayısının satış qiyməti 60 min dollar təşkil edir. İstehsalçıların məlumatına görə, çarpayı 24 karat qızılla işlənilib və svarovski qaşları ilə bəzədilib.

Xalq artisti bu gün vəfat edən atasının YASINA GƏLMƏDİ

5 Mart 2018 18:35

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına ağır itki üz verib. Sənətçilərin atası Zakir Məmmədov 84 yaşında dünyasını dəyişib. Gülyanaq Məmmədova bildirib ki, atasının 84 yaşı olsa da, heç bir xəstəliyi olmayıb:“Bu hadisə bizim üçün gözlənilməz oldu, atam infarkt nəticəsində vəfat edib. O, Şəkidə doğulub boya başa çatdığı doğma  yurdunda dəfn olunacaq. Bundan xəbərim yox idi, hazırda Azərbaycanda deyiləm, xaricdə qastrol səfərdəyəm. Çox təəssüf edirəm ki, dəfn mərasimində iştirak edə bilməyəcəm. Zəng edib baş sağlığı verən hər kəsə təşəkkür edirəm”.

Maraqlı iddia: "Gülüş kökəlmənin və piylənmənin qarşısını alır"

5 Mart 2018 18:35

Çoxlarımıza elə gəlir ki, gülüş insanın yalnız xoş əhvalı, xoş ovqatı deməkdir. Əsla yox. Gülüş həm də insanın sağlamlığına kifayət qədər müsbət təsir edəcək amillərdən biridir. Bəs bu amillər hansılardır?

Ən yaxın dostuna aşiq olanlara 8 vacib məsləhət...

5 Mart 2018 18:30

Ən yaxın dostunuzun sizin üçün daha böyük əhəmiyyət kəsb etdiyini anladığınız an demək, vəziyyət dəyişib. Onunla bir çox məqamları paylaşmaq, dostunuza nəsə danışmaqdan daha çox sanki ona nəsə izah etməyə çevrilir. Deməli, siz artıq ən yaxın dostunuza aşiq omusunuz. Sözsüz ki, burada söhbət oğlan və qız dostluğundan gedir.

Ötən ay 1 437 ədəd partlamamış hərbi sursat və 1 ədəd tank əleyhinə mina zərərsizləşdirilib

5 Mart 2018 18:27

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci ilin fevral ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

Prezident İlham Əliyev hərbi qulluqçuların və dövlət qulluqçusu olmayan mülki işçilərin maaşlarını artırdı

5 Mart 2018 18:24

Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

"Real" Parisə bu heyətlə gedir

5 Mart 2018 18:17

"Real"ın Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab oyunu üçün iştirak ərizəsi müəyyənləşib.  Madrid təmsilçisi Parisə 24 futbolçu ilə gedir:

UEFA Kubokunda çıxış etmiş türk klubu həvəskar liqasına düşdü

5 Mart 2018 18:16

Son illərədək Türkiyə Super Liqasında çıxış etmiş "Kayseri Erciyesspor" gələn mövsümdən Bölgənin Həvəskarlar Liqasında (BAL) mübarizə aparacaq.  Bu, Kayseri komandasının Türkiyə III Liqasının 2-ci qrupunda "Diyarbakırspor"a 1:10 hesabı ilə məğlub olduqları oyundan sonra dəqiqləşib. "Mavi-qaralar" oteldə qalmağa pullarının olmaması səbəbindən oyun üçün yola gecə ilə avtobusla çıxdıqları bəlli olub. Kayseri təmsilçisi 10 saatlıq səfərdən sonra stadiona gələrək oyunun başlamasını gözləyib. Səhər saatlarında Diyarbakırın Şilbe İdman Kompleksinə çatan komandanı rəqib komandanın rəsmiləri görüb. Onlar qonaq komandanın bütün heyətini səhər yeməyinə qonaq ediblər. 

Nişanlısına mesaj yazaraq özünü öldürdü -  Təfərrüat

5 Mart 2018 18:14

Göyçay rayonunda 23 yaşlı oğlanın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.  Veysəlli kəndində yaşayan 1995-ci il təvəllüdlü Mikayılov Mikayıl Rafael oğlu özünü asaraq intihar etməzdən əvvəl nişanlısına telefonda mesaj yazıb. O, qonşuluqda yaşayan nişanlısına son olaraq “salamat qal, mən getdim” sözlərini yazıb. Nəyin baş verdiyini anlamayan qız bir qədər sonra Mikayılın ölümünü eşitdikdə onun intihar etdiyini başa düşüb.

MİT-dən əməliyyat: ABŞ səfirliyində terakt…

5 Mart 2018 18:12

ABŞ-ın Ankaradakı səfirliyinə hücuma hazırlaşan 4 İŞİD-çi Samsunda saxlanılıb. MİT, Terrorla Mübarizə və Kəşfiyyat qruplarının ələ keçirdiyi dörd şübhəli istintaqa cəlb edilib.

Məleykə Abbaszadə: “Qanunvericilikdə dəyişiklik olmasa, ciddi maddi çətinliklərlə qarşılaşacağıq”

5 Mart 2018 17:58

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclasında dövlət qulluğu ilə əlaqədar görülmüş işlər müzakirə olunub. DİM-in mətbuat xidmətindən  verilən məlumata görə, iclasda qeyd olunub ki, indiyə qədər ümumilikdə 1488, inzibati vəzifələrin A növü üzrə 33, B növü üzrə 1455 namizəd dövlət qulluğuna qəbul imtahanlarında iştirak edərək sertifikat əldə edib. Son iki ay ərzində dövlət orqanlarından daxil olmuş 2026 vakansiya üçün müsabiqə üzrə 4 müsahibə elanı verilib.

Paşinyan: Bizə yeni prezident yox, mafiyaya üzv seçildi

5 Mart 2018 17:57

Armen Sərkisyan Ermənistanın prezidenti yox, hakim mafiyanın üzvü seçilib. Bunu “Azadlıq” radiosunun Ermənistan bölməsinə müsahibəsində Yelk Blokundan olan deputat Nikol Paşinyan söyləyib. Onun sözlərinə görə, Armen Sərkisyan da bundan sonra hakim Respublika Partiyasına müqavimət göstərməyəcək: “Ermənistan konstitusiyası Ermənistan vətəndaşının başqa ölkənin vətəndaşı olmasını qadağan edir.

Kreml: ABŞ bu məsələlərdə peşəkardır

5 Mart 2018 17:55

ABŞ digər ölkələrin, o cümlədən Rusiyanın daxili işlərinə müdaxilə ilə bağlı zəngin ənənəyə sahibdir. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. “Bu, heç kimə sirr deyil. Amerikalıların özləri də bunu etiraf ediblər”, – deyə o bildirib. 

Nazarbayev söz verdi: Vergilər azaldılır

5 Mart 2018 17:53

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev 2019-cu il yanvarın 1-dən etibarən vergiləri aşağı salacağına söz verib. Bunu Nazarbayev parlamentin iclasında söyləyib.