Paşinyan: Bizə yeni prezident yox, mafiyaya üzv seçildi

Armen Sərkisyan Ermənistanın prezidenti yox, hakim mafiyanın üzvü seçilib. Bunu “Azadlıq” radiosunun Ermənistan bölməsinə müsahibəsində Yelk Blokundan olan deputat Nikol Paşinyan söyləyib. Onun sözlərinə görə, Armen Sərkisyan da bundan sonra hakim Respublika Partiyasına müqavimət göstərməyəcək: “Ermənistan konstitusiyası Ermənistan vətəndaşının başqa ölkənin vətəndaşı olmasını qadağan edir.

Armen Sərkisyan Ermənistanın prezidenti yox, hakim mafiyanın üzvü seçilib. Bunu "Azadlıq" radiosunun Ermənistan bölməsinə müsahibəsində Yelk Blokundan olan deputat Nikol Paşinyan söyləyib. Onun sözlərinə görə, Armen Sərkisyan da bundan sonra hakim Respublika Partiyasına müqavimət göstərməyəcək: "Ermənistan konstitusiyası Ermənistan vətəndaşının başqa ölkənin vətəndaşı olmasını qadağan edir. Əgər Armen Sərkisyan 2002-ci ildə Britaniya vətəndaşlığı alıbsa, o zaman Ermənistan vətəndaşlığından imtina etmiş sayılır. Bəs, bu adam necə prezident seçilib? O, sadəcə hakim rejimə bağlıdır və ondan asılıdır". Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31