Türkmənistanda qənd də tapılmır

Türkmənistanın paytaxtı Aşqabadda qənd qıtlığı yaranıb. Bundan əvvəl bölgələrdə un qıtlığının yaranması haqda da məlumatlar yayılmışdı. Son günlər ölkədə zəruri tələbat mallarının dövlət dükanlarındakı satış norması azaldılıb.

Məsələn, əvvəllər bir adam gündə maksimum 1 kiloqram qənd, 5 kiloqram da un ala bilərdi.İndi norma iki dəfə azaldılıb: yarım kilo qənd və 2,5 kilo un. Getdikcə dükanlar qarşısında növbələr artır, qənd, un 1-2 saata satılıb qurtarır.Bu haqda Azadlıq Radiosunun türkmən xidməti xəbər yayıb.

Dövlət televiziyası isə ölkədə bolluq olması haqda reportajlar verir.İnsanlar Aşqabadda dükanların qarşısında səhər saat 6-dan növbə tutmağa başlayır.Daşoğuz rayonunda isə un qıtlığını aradan qaldırmaq mümkün olmur.Orada unu ailə üzvlərinin sayına görə satırlar. Yetkinlik yaşına çatmayanlar nəzərə alınmır.Hər adam ayda bir dəfə 5 kilo un ala bilər.

Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31