Nanuka Jorjoliani Irakli Qaribaşviliyə qarşı ciddi ittihamlar səsləndirib – ÖZƏL
11:16 DünyaOlaylar.az xəbər verir ki, jurnalist Nanuka Jorjoliani Tbilisi Şəhər Məhkəməsinin binası önündə mətbuata açıqlama verərək, keçmiş baş nazir Irakli Qaribaşvilinin ölkədəki bir çox qaranlıq hadisələrdən xəbərdar olduğunu bildirib. O qeyd edib ki, Müdafiə Nazirliyinin Rusiyaya qarşı döyüşmüş xüsusi təyinatlıların və hərbçilərin siyahısını ruslara verməsindən sonra həmin şəxslərin sirli ölümü, eləcə də Rafalyantsın qətli və həbsxana kadrları kimi qalmaqallı məsələlər barədə Qaribaşvilinin verə biləcəyi çoxlu məlumat var.
Jorjoliani həmçinin vurğulayıb ki, Irakli Kobaxidzenin Qaribaşvilini müxalifətçi kimi qələmə vermək cəhdi baş tutmayacaq, çünki o, hakim partiyaya daha çox bağlıdır. Jurnalistin sözlərinə görə, təkcə Qaribaşvili deyil, hazırkı baş nazir, digər yüksəkçinli məmurlar və Bidzina İvanişvili də müəmmalı ölümlər və baş verən qanunsuzluqlar haqqında tam informasiyaya malikdirlər.