Gündəm
Deputatın kortecinə silahlı hücum – VİDEO
Ukraynanın şərqində yerləşən Donbas bölgəsində Rusiya dövlət dumasının deputatı Aleksey Juravlyov və onu müşayiət edən şəxslərin korteci silahlı hücuma məruz qalıb.
Yaşayış binasında yanğın
Nyu-Yorkun Bronks rayonunda beşmərtəbəli yaşayış binasında güclü yanğın baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Binanın birinci mərtəbəsində əmələ gələn yanğının səbəbləri barədə hələ ki, məlumat verilmir.
Aeroportda aksiya: Tələbələr naziri baykot etdi
İranlı tələbələr İrana gələn fransız xarici işlər naziri Jan-Yves Le Drianın Tehrana gəlməsinə etiraz ediblər. İranlı tələbələr Fransanın Xarici İşlər Nazirliyinin İranın daxili işlərinə müdaxiləsindən sonra etiraz aksiyası keçiriblər. İranlı tələbələr Tehran hava limanında keçirdikləri etirazlar zamanı İranın raket proqramının hər zaman davam edəcəyini dilə gətirilib.
6342 dərmanda uyğunsuzluq aşkarlandı
Tarif Şurası tərəfindən 11 minə yaxın dərman vasitəsinin qiyməti tənzimlənib. Bu, Nazirlər Kabinetinin 2017-ci il üzrə illik hesabatında əks olunub.
Putindən Rusiya kəşfiyyatına tapşırıq: “Onların qarşısını alın!”
Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarını xarici ölkələrin effektiv siyasi, iqtisadi və müdafiə xarakterli məlumatları ələ keçirmək cəhdlərinin qarşısını almağa çağırıb. Bu haqda Rusiya lideri güc idarələrinin kollegiya iclasında bildirib.
Xalq artisti bu gün vəfat edən atasının YASINA GƏLMƏDİ - AÇIQLAMA
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına ağır itki üz verib. Sənətçilərin atası Zakir Məmmədov 84 yaşında dünyasını dəyişib. Açıqlama verən Gülyanaq Məmmədova bildirib ki, atasının 84 yaşı olsa da, heç bir xəstəliyi olmayıb:
“iPhone” smartfonlarının real istismar müddəti müəyyənləşib
ABŞ-ın “Asymco” təşkilatının mütəxəssisləri tədqiqat apararaq “iPhone” smartfonlarının maksimal istismar müddətini müəyyənləşdiriblər. Bu barədə təşkilatın rəsmi saytında deyilir.
30 saniyə ərzində enerji toplayan akkumulyator yaradılıb
Adi batareyalar uzun müddət enerji toplayır, təhlükəlidir, zamanla sıradan çıxır, daha sonra ekoloji vəziyyətə mənfi təsir edir, zibilə atıldıqda isə belə batareyaların elementləri uzun müddət çürüməyərək ətraf mühiti çirkləndirməyə davam edir. Koreya Qabaqcıl Texnologiyalar İnstitutunun (KAIST) mütəxəssisləri tərəfindən yaradılmış yeni enerji mənbəyi isə 30 saniyə ərzində enerji toplamaq qabiliyyətinə malikdir və yuxarıda sadalanmış çatışmazlıqlar aradan qaldırılıb.
Təzyiqiniz tez-tez düşür?- bu yazını mütləq OXUYUN!
İnsan orqanizmi üçün təhlükəli xəstəliklərdən biri də təzyiqdir. Təzyiqin aşağı və yaxud yuxarı olması bədən üçün təhlükəli nəticə ilə qurtara bilər. Bunu nəzərə alaraq təzyiqin aşağı düşmə səbəblərini təqdim edirik:
Mobil şəbəkələrin təhlükəsizlik sistemində ciddi boşluqlar qeydə alınıb
İnformasiya təhlükəsizliyi sahəsində çalışan mütəxəssislərin tədqiqatına görə, müasir fırıldaqçılar hər gün abunəçiləri izləyir, zənglərə müdaxilə edir, həmçinin mobil şəbəkələrdəki digər boşluqlardan aktiv istifadə edirlər. "Positive Technologies" şirkətinin araşdırması buna sübutdur.
“Instagram”da səsli zənglər və videoçat istifadəyə verilə bilər
“Facebook” sosial şəbəkəsinə məxsus olan “Instagram” servisi rəqib “Snapchat” xidməti ilə auditoriya mübarizəsində öz funksionalını genişləndirməyə davam edir. Şirkət ötən ilin sonunda “Direct” messencerini sınaqdan keçirməyə başlayıb. Tezliklə isə “Instagram” servisində səsli zənglər və videoçatda ünsiyyət saxlamaq imkanı əlçatan ola bilər.
Prezident arıçılığın inkişafı ilə bağlı sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev arıçılığın inkişafının stimullaşdırılması haqqında sərəncam imzalayıb. Məlumata görə, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 il müddətində ildə 10 manat məbləğində subsidiya müəyyən edilib.
Azərbaycan-Ukrayna Hökumət Komissiyasının yeni tərkibi təsdiqləndi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev yaşayış məntəqələrinin qazlaşdırılmasına vəsait ayırıb - SİYAHI
Prezident İlham Əliyev yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Maşın vuran piyada xəstəxanada ölüb
Xaçmaz rayonunun Xudat şəhərində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 4-də saat 22 radələrində Xaçmaz rayonunun Xudat şəhərində Qusarçay kənd sakini Şakir Orucov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Bəhruz Qafarovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.













