Putindən Rusiya kəşfiyyatına tapşırıq: “Onların qarşısını alın!”

Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarını xarici ölkələrin effektiv siyasi, iqtisadi və müdafiə xarakterli məlumatları ələ keçirmək cəhdlərinin qarşısını almağa çağırıb. Bu haqda Rusiya lideri güc idarələrinin kollegiya iclasında bildirib.

Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarını xarici ölkələrin effektiv siyasi, iqtisadi və müdafiə xarakterli məlumatları ələ keçirmək cəhdlərinin qarşısını almağa çağırıb.

Bu haqda Rusiya lideri güc idarələrinin kollegiya iclasında bildirib.

"Siz yaxşı bilirsiniz ki, son illərdə xarici kəşfiyyatların fəallığının artması müəyyən edilir. Onlar Rusiya üzrə ən müasir metodlardan - agentura və texniki kəşfiyyatdan istifadə edirlər. Yalnız ötən il ərzində xarici xüsusi xidmət orqanlarının 72 kadr əməkdaşı və 397 agentinin fəaliyyətinin qarşısı alınıb", - Putin deyib.

Dövlət başçısı həmçinin, FTX qarşısında Rusiyanın informasiya məkanın təhlükəsizliyini gücləndirmək vəzifəsini qoyub.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31