Polşa “Piorun” zenit raketlərinin istehsalını artırır- ÖZƏL
11:15 DünyaPolşa "Piorun" MANPADS-ların illik istehsalını 2000 ədədə çatdıracaq
Polşanın müdafiə şirkəti "Mesko" "Piorun" ("İldırım") daşınan zenit-raket komplekslərinin (MANPADS) illik istehsalını 2000 ədədə çatdırmağı planlaşdırır.
Olaylar.az xəbər verir ki, "Defence24" portalının məlumatına görə, hazırda "Mesko" zavodunda ildə 1700 ədəd "Piorun" istehsal olunur. Bu məhsulların 1500-ü Polşa ordusuna təhvil verilir, qalan 200 ədəd isə sınaqlar və operatorların təlimi üçün istifadə edilir.
Şirkətin istehsal gücünü ildə 2000 ədədə nə vaxt çatdıracağı isə açıqlanmayıb.
"Piorun" MANPADS-larının istehsalına Polşanın PGZ müdafiə konserninin tərkibində olan "Mesko" şirkətində 2019-cu ildə başlanılıb. Həmin dövrdə şirkət ildə təxminən 300 ədəd kompleks istehsal edirdi.