Ədliyyə Nazirliyinin əməkdaşları üçün təlim təşkil edilib- ÖZƏL
11:04 SosialƏdliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin əməkdaşlarının peşəkar hazırlığının və hüquqi biliklərinin artırılması məqsədilə təlim təşkil edilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının baş müəllimi Nicat Rəsulzadə tərəfindən keçirilən təlim beynəlxalq xüsusi hüququn aktual məsələlərinə həsr olunub.
Təlim çərçivəsində beynəlxalq xüsusi hüququn əsas anlayış və prinsipləri, xarici elementli hüquq münasibətlərinin tənzimlənməsi, tətbiq edilməli hüququn müəyyənləşdirilməsi, eləcə də müxtəlif hüquq sistemləri ilə bağlı yaranan məsələlərin həlli yolları barədə ətraflı məlumat verilib.
İnteraktiv formada keçirilən təlim zamanı praktiki nümunələr təqdim edilib, mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.