“iPhone” smartfonlarının real istismar müddəti müəyyənləşib

ABŞ-ın “Asymco” təşkilatının mütəxəssisləri tədqiqat apararaq “iPhone” smartfonlarının maksimal istismar müddətini müəyyənləşdiriblər. Bu barədə təşkilatın rəsmi saytında deyilir.

ABŞ-ın "Asymco" təşkilatının mütəxəssisləri tədqiqat apararaq "iPhone" smartfonlarının maksimal istismar müddətini müəyyənləşdiriblər. Bu barədə təşkilatın rəsmi saytında deyilir.

"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, ekspertlər tərəfindən indiyədək satılan və sıradan çıxan bütün "iPhone" smartfonları haqqında məlumatların təhlili aparılıb. Məlum olub ki, 2 milyarddan çox satılan "Apple" smartfonunun 750 milyon nüsxəsi ya sıradan çıxıb, ya da istismar olunmur.
 
Mütəxəssislər tərəfindən aparılan hesablamaların nəticələrinə görə, "iPhone" smartfonlarının istismar müddəti orta hesabla 4 il təşkil edir. Bunu smartfon istifadəçiləri arasında keçirilən sorğu da təsdiq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31