Deputatın kortecinə silahlı hücum – VİDEO
Ukraynanın şərqində yerləşən Donbas bölgəsində Rusiya dövlət dumasının deputatı Aleksey Juravlyov və onu müşayiət edən şəxslərin korteci silahlı hücuma məruz qalıb.
5 Mart 2018 23:22 DünyaUkraynanın şərqində yerləşən Donbas bölgəsində Rusiya dövlət dumasının deputatı Aleksey Juravlyov və onu müşayiət edən şəxslərin korteci silahlı hücuma məruz qalıb.
"REN TV" telekanalı bölgədə kortecin atəşə tutulmasının videogörüntüsünü yayıb.
Videoçarxda rusiyalı nümayəndə heyətini daşıyan yolsuzluq avtomobilləri istiqamətində minaatanlardan atəş açıldığını görmək olur. Juravlyovun olduğu "cip" atəşin açılmasından dərhal zonra atışma zonasını tərk edib.
İçində yaraqlıların olduğu avtomobil yaxınlıqdakı blindaja qədər deputatın avtomobilini qorumağa çalışıb.
Juravlyov "RİA Novosti"yə verdiyi açıqlamada hadisənin martın 5-də baş verdiyini təsdiqləyib və təmas xəttinə atəşkəs rejiminin qorunub-qorunmadığını yoxlamaq məqsədilə yollandığını bildirib. //oxu.az
A24.az