Gündəm

30 illik planı məhv oldu: dağlarda qaldılar

6 Mart 2018 09:48

Türkiyə Silahlı Qüvvələrinin Raconu alması nəticəsində PKK-nın Amanos dağları vasitəsilə Aralıq dənizinə keçmək planları iflasa uğrayıb. Bu barədə “Sabah” qəzetinin yazarı Özgür Cəbə məlumat yayıb.

5,8 bal gücündə zəlzələ

6 Mart 2018 09:19

Xalq yazıçısının  yeni kitabı çıxıb

6 Mart 2018 09:18

“AYBKitab” layihəsi çərçivəsində xalq yazıçısı Anarın "Səhra yuxuları" kitabı işıq üzü görüb. "Səhra yuxuları" pyesi Azərbaycan, rus və türk dillərində kitaba daxil edilib. 

Qırışların qarşısını almaq üçün BUNLARI YEYİN!

6 Mart 2018 09:15

Dəri 25 yaşdan sonra yavaş-yavaş qırışmağa başlayır. Qırışların qarşısını almaq üçün təkcə qulluq vasitələrindən istifadə etmək kifayət deyil. Gözəl dəri arzulayırsınızsa, ilk növbədə sağlam qidalanmağa diqqət etməlisiniz. Dərini qırışmağa qoymayan, yaşlılıq əlamətlərini aradan qaldıran qidaları təqdim edirik: 1. Avokado

Dəm qazı daha bir ailənin sonuna çıxdı: 8 ölü

6 Mart 2018 09:14

Ukraynanın Jitomir vilayətində fərdi yaşayış evində 8 nəfər dəm qazından zəhərlənərək ölüb. Hadisə Berdiçev şəhərində qeydə alınıb. Məlumata görə, hadisə yerində 2-si uşaq olmaqla 8 nəfərin meyiti aşkarlanıb. Onlardan 6-nın bir ailənin üzvü olduğu bildirilir.

Sabiq polkovnik İngiltərədə zəhərləndi

6 Mart 2018 09:12

2006-cı ildə Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Od çərşənbəsi - Bu üsulla xəstəliklərdən xilas olun

6 Mart 2018 09:07

Bu gün ilaxır çərşənbələrdən ikincisi - Od çərşənbəsidir. Bu çərşənbə xalq arasında “Üsgü çərşənbə”, “Addı çərşənbə” kimi də adlandırılır. Bu çərşənbənin özəlliyi barədə Publika.az-a danışan AMEA Folklor İnstitutu, “Folklor və yazılı ədəbiyyat şöbəsi”nin böyük elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib ki, qədim dövrlərdən türk xalqlarında da günəşə, oda, atəşə böyük hörmət, inam olub.

Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür

6 Mart 2018 09:06

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin vəfatı günüdür. Məhəmməd Əmin Rəsulzadənin dünyasını dəyişməsindən 63 il ötür.

Ticarət mərkəzində qorxu dolu anlar

6 Mart 2018 09:05

ABŞ-da atışma olub. Hadisə Florida ştatında, Seminol şəhərindəki ticarət mərkəzində qeydə alınıb. Polisin verdiyi xəbərdə bildirilir ki, yerli ticarət mərkəzinin dayanacağında baş vermiş atışma zamanı bir neçə nəfər xəsarət alıb. İlkin məlumata görə, 19 yaşlı gənc xəstəxanaya yerləşdirilib.

Prezidentliyə namizədin biabırçı fotoları yayıldı

6 Mart 2018 09:02

Rusiya prezidentliyinə namizəd Kseniya Sobçakın seçkiqabağı fəaliyyət göstərən saytı hakerlərin hücumuna məruz qalıb. Bu barədə RİA-ya K.Sobçakın səlahiyyətli nümayəndəsi məlumat verib. “Hakerlərin hücumuna görə sayt çökdü. Hakerlər onun İP adresini tamamilə biabırçı fotolara yönləndirdilər. Saytı çökdürüb, hər şeyi etdilər”, - deyə bildirilib.

Füzulidə top mərmisi aşkarlandı

5 Mart 2018 23:31

Daxili İşlər Nazirliyinin "102" Xidməti - Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan verilən xəbərə görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Torontonun erməni kilsəsində qondarma "DQR" bayrağı - VİDEO

5 Mart 2018 23:29

Taleh Mustafayev adlı oxucu Kanadanın Toronto şəhərindən maraqlı video göndərib. Həmin videoda işğal altındakı Azərbaycan torpaqlarında qurulmuş qanunsuz "DQR"-in bayrağı asılıb.

Trampdan müsəlman dünyasını hiddətləndirəcək NÖVBƏTİ QƏRAR

5 Mart 2018 23:27

ABŞ prezidenti Donald Tramp Qüdsdə ABŞ-ın səfirliyinin açılışında iştirak edə bilər. Bu haqda ABŞ prezidenti Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib. “İstisna etmirəm. Baxaq. Biz səfirliyin binasını çox tez tikmək istəyirik”, - Tramp bildirib. Qeyd edək ki, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə mayın 14-də - İsrailin yaranmasının 70-ci ildönümündə köçürülməsi planlaşdırılır.

Ərəblərdən türklərə QADAĞA

5 Mart 2018 23:26

Səudiyyə Ərəbistanının aparıcı teleholdinqi MBC ərəb telekanallarında türk seriallarının yayımını qadağan edib. Bu haqda teleholdinqin nümayəndəsi Mazen Hayek yerli “Sabk” elektron qəzetinə bildirib. Onun sözlərinə görə, qadağa Türkiyədə çəkilən bütün seriallara aiddir. Qadağa martın 2-də qüvvəyə minir. Teleholdinqin nümayəndəsi qeyd edib ki, ərəb auditoriyası tərəfindən sevilən türk seriallarının yayımına qoyulan qadağa yerli serialların çəkilməsini dəstəkləmək arzusu ilə bağlıdır.