Ərəblərdən türklərə QADAĞA

Səudiyyə Ərəbistanının aparıcı teleholdinqi MBC ərəb telekanallarında türk seriallarının yayımını qadağan edib. Bu haqda teleholdinqin nümayəndəsi Mazen Hayek yerli “Sabk” elektron qəzetinə bildirib. Onun sözlərinə görə, qadağa Türkiyədə çəkilən bütün seriallara aiddir. Qadağa martın 2-də qüvvəyə minir. Teleholdinqin nümayəndəsi qeyd edib ki, ərəb auditoriyası tərəfindən sevilən türk seriallarının yayımına qoyulan qadağa yerli serialların çəkilməsini dəstəkləmək arzusu ilə bağlıdır.

Səudiyyə Ərəbistanının aparıcı teleholdinqi MBC ərəb telekanallarında türk seriallarının yayımını qadağan edib.

Bu haqda teleholdinqin nümayəndəsi Mazen Hayek yerli "Sabk" elektron qəzetinə bildirib.

Onun sözlərinə görə, qadağa Türkiyədə çəkilən bütün seriallara aiddir. Qadağa martın 2-də qüvvəyə minir. Teleholdinqin nümayəndəsi qeyd edib ki, ərəb auditoriyası tərəfindən sevilən türk seriallarının yayımına qoyulan qadağa yerli serialların çəkilməsini dəstəkləmək arzusu ilə bağlıdır.

MBC 1991-ci ildə Londondan peyk vasitəsilə ərəb dilində yayımlanan ilk xüsusi telekanaldır. 2002-ci ildə baş ofisi Dubaya köçürülən Mərkəzin hazırda 11 kanalı fəaliyyət göstərir.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31