Sabiq polkovnik İngiltərədə zəhərləndi

2006-cı ildə Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

66 yaşlı S.Skripal və onun yanında olan bir qadın naməlum zəhərli maddənin təsirinə məruz qalıblar.

Hadisədən dərhal sonra ticarət mərkəzi dezinfeksiya üçün polis tərəfindən əhatəyə alınıb.

Hazırda Böyük Britaniyanın hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31