Gündəm
Şagirdlər bir həftə dərsə getməyəcəklər
Novruz bayramı ilə əlaqədar Azərbaycan məktəblərində şagirdlər martın 20-dən etibarən dərsə getməyəcəklər. Təhsil Nazirliyindən bildirilib ki, məktəbdə dərslər martın 27-də başlayacaq.
Evinin önündə öldürülən iş adamının qatili doğma oğlu çıxdı - VİDEO
Türkiyənin Mersin şəhərində evinin önündə uğradığı silahlı hücum sonrası öldürülən iş adamı Mahmut Alacanın qətlində şübhəli bilinən oğlu E.A. saxlanılıb. Qanlı olay sonrası hadisə yerindən qaçan şübhəli tutulub.
Məktəb komandasının növbəti qələbəsi- VİDEO
Paytaxt məktəblilərindən ibarət daha 4 komanda “Hazırcavablar” intellektual oyununda yarışıb. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 156, 184, 195 və 327 nömrəli tam orta məktəblərin şagirdləri “Dil və ədəbiyyat”, “Tarix”, “Coğrafiya”, “Ordan-burdan” və “İlk dəfə” bölmələri üzrə sualları cavablandırıb.
Azərbaycanda alman dilini tədris edən müəllimlər üçün konfrans keçirilib
Millət vəkili Sona Əliyeva Almaniya səfirliyinin təşkilatçılğı ilə Azərbaycanda alman dilini tədris edən müəllimlər üçün keçirilən konfransın açılış mərasimində iştirak edib.
Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb
Antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması, sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması, bazar subyektləri tərəfindən yol verilən haqsız rəqabət hallarının aşkarlanması, aradan qaldırılması və qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar (rəqabət) qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər görülür.
Tanınmış meyxanaçı ağır xəstəliyə tutuldu
Bir müddətdir səhhəti qeyri-sabit olan meyxanaçı Aydın Xırdalanlının “Hepatit C” xəstəliyindən əziyyət çəkməsi ilə bağlı məlumat yayılıb. Meyxanaçı açıqlama verərək xəbəri təsdiqləyib: “Bir müddətdir narahat idim. Fikirləşdim ki, müayinə olunmaq lazımdır. Gedib qan analizi verdim. “Hepatit C” aşkarlandı, müalicələrə başlamalıyam”.
İNANILMAZ QAYIDIŞ: Ağcabədidə zorla qaçırılan qız tapıldı
Ağcabədidə maşının şüşələri sındırılaraq qaçırılan Sevinc Musayeva tapılıb. Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru Mətanət Fərzəlibəyova deyib.
Cəlilabadda öldürülən nişanlı oğlanın atası DANIŞDI: "Oğlumu ata bağlayıb..." - TƏFƏRRÜAT
Musalı kənd sakini 22 yaşlı Sirus Nəsirovun atasının verdiyi məlumata görə, oğlunu ata bağlayıb kənd boyu sürüyüblər: “Mənim oğlum sakit uşaq olub. Bütün kənd tanıyır ki, o necə oğlan idi. Şər-böhtan atırlar. Seymur qonşu kənddə yaşayır. Mənim oğlum nişanlı idi, bu gün-sabah toyu olacaqdı.
Prezident Məmmədəli Ağayevə “Dostluq” ordenini təqdim etdi
Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Moskva Akademik Satira Teatrının direktoru Məmmədəli Ağayevə “Dostluq” ordenini təqdim edib.
Bu bölgənin sakinləri ölüm təhlükəsi ilə üz-üzədir
Şərqi Gutada insanlar aclıqdan ölmək təhlükəsi ilə üz-üzədir. Bunu BMT Baş Katibinin Humanitar işlər üzrə köməkçisi Mark Lovkok Doha Yüksək Təhsil İndustriyası konfransında çıxışı zamanı deyib. O, Əsəd rejiminin Şərqi Gutanı mühasirəyə alması səbəbiylə xalqın belə bir təhlükə qarşısında olduğunu deyib: “Uzun illər mühasirədə saxlanılan Şərqi Guta hava hücumları səbəbindən ən çox təsir görən bölgələr sırasınadır”.
Fəlakətin toyunda nələr baş verdi? - VİDEO
Dünən “Bozbash pictures”də “Fəlakət” kimi tanınan aktyor Elşən Orucovun oğlan toyu olub. Aktyor İTV kanalında çalışan İlahə adlı xanımla ailə qurub.
Yük maşınında toya gedənlər qəzaya düşdülər: 26 ölü - Hindistanda
Hindistanda yük maşınının aşması faciəyə səbəb olub. Yük maşınında toya gedən qonaqlar olub. Yük maşınının aşması nəticəsində 26 nəfər həyatını itirib. Qəzanın baş vermə səbəbləri məlum deyil.
Nazirlik: "Məktəblərdə "8 mart"la bağlı pul tələb olunması yol verilməzdir"
Azərbaycanda fəaliyyət göstərən ümumitəhsil müəssisələrində şagirdlərdən hər hansı pul vəsaitinin tələb olunması yolverilməzdir. Bu barədə cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
Kərəm Tağıyev vəfat etdi
Azərbaycan Kooperasiya Universitetinin Həmkarlar Təşkilatının sədri vəfat edib. Universitetin eyni zamanda "Mühasibat uçotu və audit kafedrası"nın baş müəllimi işləmiş Kərəm Behbud oğlu Tağıyev 70 yaşında dünyasını dəyişib. O, həmçinin universitetdə statistika fənnini tədris edib.
“ASAN xidmət”də yenilik
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi üzrə hesabatlarının tərtib edilməsi xidmətlərinin həyata keçirilməsinə başlanılıb.














