Azərbaycanda alman dilini tədris edən müəllimlər üçün konfrans keçirilib

Millət vəkili Sona Əliyeva Almaniya səfirliyinin təşkilatçılğı ilə Azərbaycanda alman dilini tədris edən müəllimlər üçün keçirilən konfransın açılış mərasimində iştirak edib.

Millət vəkili Sona Əliyeva Almaniya səfirliyinin təşkilatçılğı ilə Azərbaycanda alman dilini tədris edən müəllimlər üçün keçirilən konfransın açılış mərasimində iştirak edib. "OLAYLAR" xəbər verir ki, o, öz çıxışında Azərbaycan və Almaniya dövlətləri arasındakı qarşılıqlı dostluq münasibətlərindən və strateji əməkdaşlıqdan, Azərbaycanın çox qədim tarix və mədəniyyətə malik olması ilə yanaşı, yaxın dövrlər üçün ortaq Alman və Azərbaycan tarix və mədəniyyətinə sahib olmasından, ölkəmizdə eləcə də Şəmkirdə bu keçmişə hörmət və münasibətin özünün bir tolerantlıq nümunəsi olmasından geniş danışıb. Həmçinin cıxışda Almaniyanın Avropanın ən inkişaf etmiş ölkələrindən biri olmaqla təhsil sisteminin ölkəmizdə maraq və rəğbətlə qarşılandığı, dost ölkənin təhsil sahəsində təcrübəsinin və qanunvericiliyinin maraqla öyrənildiyi və təcrübədə də istifadə olunduğu qeyd olunub. Sonda Sona Əliyeva təhsilin ölkənin strateji inkişaf istiqamətlərindən biri olduğunu və bu cür innovativ təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib və konfras iştirakçılarına uğurlar arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31