Cəlilabadda öldürülən nişanlı oğlanın atası DANIŞDI: "Oğlumu ata bağlayıb..." - TƏFƏRRÜAT

Musalı kənd sakini 22 yaşlı Sirus Nəsirovun atasının verdiyi məlumata görə, oğlunu ata bağlayıb kənd boyu sürüyüblər: “Mənim oğlum sakit uşaq olub. Bütün kənd tanıyır ki, o necə oğlan idi. Şər-böhtan atırlar. Seymur qonşu kənddə yaşayır. Mənim oğlum nişanlı idi, bu gün-sabah toyu olacaqdı.

Musalı kənd sakini 22 yaşlı Sirus Nəsirovun atasının verdiyi məlumata görə, oğlunu ata bağlayıb kənd boyu sürüyüblər: "Mənim oğlum sakit uşaq olub. Bütün kənd tanıyır ki, o necə oğlan idi. Şər-böhtan atırlar. Seymur qonşu kənddə yaşayır. Mənim oğlum nişanlı idi, bu gün-sabah toyu olacaqdı. Sirusun nişanlısının telefonu yox idi. Həmişə Seymurgilə gedib, onun həyat yoldaşının telefonu ilə Sirusa zəng edirdi. Seymurla Sirusun yoldaşlığı da belə yaranmışdı. Sonra belə hadisə eşitdik. Mən oğlumun meyitinə baxa bilmirdim. Onu ata bağlayıb kənd boyu sürüyüblər. O qədər döyüblər ki, cəsəd göm-göy, yara içində idi. Başına küt alətlərlə o qədər vurublar ki, cəsəd tanınmaz hala düşüb. Bütün sümükləri sınıq-sınıq olub. Bu bir nəfərin işi deyil. Hələ ki, şübhəli qismində Seymuru saxlayıblar. Polislər araşdırır. Bu cinayətdə kimin əli varsa, hamısı cəzasını çəkəcək".

S.Nəsirov bu gün öz kəndində dəfn olunub.

***

Cəlilabad rayon Ləkin kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, Sirus Nəsirov Seymur İsfəndiyar oğlu Muradov tərəfindən öldürülüb.

Sakinlərin sözlərinə görə, Sirus nişanlı ola-ola Seymurun həyat yoldaşı ilə gizli münasibətdə olub. Bu söhbət bütün kəndə yayılıb. Sirus ilə həyat yoldaşı arasındakı münasibətdən xəbər tutan Seymur onu öldürmək qərarına gəlib.

Kənd sakinləri deyir ki, Seymur martın 2-də gecə saat 11-12 radələrində Sirusu həmin əraziyə çağırıb. Onu döyüb, başından ağır xəsarətlər yetirərək öldürüb. Öldürdükdən sonra meyitini kolluğa atıb və qaçıb.

Sirusun meyiti dünən saat 2-də Ləkin və Musalı kəndləri arasındakı meşəlik ərazidə tapılıb".

Kənd sakinləri bildirib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nəsirovu qətlə yetirməkdə şübhəli bilinən Musalı kənd sakini Seymur Muradov saxlanılıb. O, S.Nəsirovu öldürdüyünü etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Cəlilabad rayonunun Ləkin kəndi ərazisində meyiti tapılan Musalı kənd sakini, 1997-ci il təvəllüdlü Nəsirov Sirus İlham oğlunun öldürülməsinin bəzi təfərrüatları məlum olub.

Martın 2-i, axşam saat 22:00 radələrində S.Nəsirov hələlik məlum olmayan səbəbdən yaşadığı evi tərk edib. Həmin vaxtdan ailəsinin ondan hər hansı məlumatı olmayıb və yaxınları bununla bağlı Cəlilabad Rayon Polis Şöbəsinə müraciət ediblər.

Bu gün isə mərhumun yaşadığı kəndin qonşuluğunda olan Ləkin kənd sakinləri mal-qara otaran zaman meşəlik ərazidə naməlum kişi meyiti aşkar ediblər. Sakinlər dərhal bununla bağlı rayon polis şöbəsinə məlumat veriblər. Hadisə ilə bağlı olaraq polis şöbəsinin və Prokurorluğun əməkdaşları hadisə yerinə cəlb ediliblər. Meyit ətraflı müayinə olunmaq üçün MəhkəməTibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib.

Onun hansı şəraitdə və necə öldürülməsi ilə bağlı məlumatlar istintaq sirri olduğu üçün açıqlanmır. İlkin məlumata görə, mərhumun meyiti 3 gün meşədə qalıb.

Qeyd edək ki, 21 yaşlı gənc nişanlı olub.

Faktla bağlı araşdırmalar davam etdirilir. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31