Tanınmış meyxanaçı ağır xəstəliyə tutuldu
Bir müddətdir səhhəti qeyri-sabit olan meyxanaçı Aydın Xırdalanlının “Hepatit C” xəstəliyindən əziyyət çəkməsi ilə bağlı məlumat yayılıb. Meyxanaçı açıqlama verərək xəbəri təsdiqləyib: “Bir müddətdir narahat idim. Fikirləşdim ki, müayinə olunmaq lazımdır. Gedib qan analizi verdim. “Hepatit C” aşkarlandı, müalicələrə başlamalıyam”.
6 Mart 2018 11:24 SosialBir müddətdir səhhəti qeyri-sabit olan meyxanaçı Aydın Xırdalanlının "Hepatit C" xəstəliyindən əziyyət çəkməsi ilə bağlı məlumat yayılıb. Meyxanaçı açıqlama verərək xəbəri təsdiqləyib: "Bir müddətdir narahat idim. Fikirləşdim ki, müayinə olunmaq lazımdır. Gedib qan analizi verdim. "Hepatit C" aşkarlandı, müalicələrə başlamalıyam".
Aydın bildirib ki, bunlar zamanında istifadə etdiyi narkotikin fəsadlarıdır: "Əslində, indi narkotikdən müalicə alıram. Demək olar ki, uzaqlaşmışam. Amma tam sağalmamışam. Müalicələrimi sonadək davam etdirməliyəm". Oxu.az