Gündəm

Poçt təyyarəsindən beş milyon dollar oğurlandı

6 Mart 2018 12:20

Braziliyanın Sao Paulo şəhərindəki Viracopos hava limanından Sürix şəhərinə gedən poçt təyyarəsindən beş milyon dollar silahlı quldurlar tərəfindən oğurlanıb.  Federal Polis ən azı beş silahlı quldurun hava limanına təhlükəsizlik vasitələrinə bənzər bir mikroavtobusla girdiyini bildirib.

Bu da “Rembo”nun villası- FOTO

6 Mart 2018 12:16

Hollivud ulduzu, “Rembo” və “Rokki” filmlərinin qəhrəmanı, aktyor Silvestr Stallonenin yaşadığı evin fotoları sosial şəbəkələrdə yayılıb. Dəyəri 4,2 milyon dollar olan mülk əsasən geniş bağçası ilə seçilir.

Azərbaycanın 3 yaşlı “Vanqa”sı - Göz bəbəkləri yoxdur, hər şeyi əvvəlcədən hiss edir

6 Mart 2018 12:14

Şabran rayon sakini Fatimə Elçin qızı Qafarova dünyaya anadangəlmə fiziki qüsurlu gəlib. Xəstəxanada körpənin sağlamlığında hər hansı problemin olduğu bilinməyib. Yalnız evə gətirdikdən sonra valideynləri uşağın göz yerlərinin olduğunu, lakin göz bəbəklərinin olmadığının fərqinə varıblar.

Mənzillərə dəm qazı detektoru necə quraşdırılmalıdır: Hökumətdən deputatlara cavab

6 Mart 2018 12:13

Nazirlər Kabineti deputatların dəm qazından ölən insanların sayının artmasınn qarşısının alınması ilə bağlı təkliflərinə cavab verib. Belə ki, deputatlar Milli Məclisdə təklif ediblər ki, “Azəriqaz” İstehsalar Birliyi qaz xətləri yeni qurulan zaman evlərdə sayğacla yanaşı, dəm qazını hiss edən avtomatik təhlükəsizlik qurğusu da yerləşdirsin.

Nazir: “BTQ təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında mühüm rol oynayacaq”

6 Mart 2018 12:11

İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanda səfərdədir. Nazirlikdən “Olaylar”a bildirilib ki, Azərbaycan nümayəndə heyətinin Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili və Daxili İşlər naziri Giorgi Qaxaria ilə görüşündə Bakı-Tbilisi-Qars dəmir yolunun layihənin iştirakçısı olan ölkələrin iqtisadi inkişafında, yükdaşımaların artmasında əhəmiyyəti bir daha vurğulanıb, ölkələrimiz arasında iqtisadiyyat, investisiya qoyuluşu, nəqliyyat-tranzit sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

İngiltərədən Rusiyaya çağırış: Məcbursunuz

6 Mart 2018 12:04

BMT Təhlükəsizlik Şurasının 2401 saylı qərarını təsdiq edən Rusiya atəşkəsi təmin etməyə məcburdur. Bu sözləri Britaniya Xarici İşlər naziri Boris Conson deyib. “Şərqi Qutada mülki əhaliyə qarşı davam edən hücumlara və Rusiya təyyarələrinin Əsəd rejiminə dəstək verməsi haqda yayılan xəbərlərə görə dərin narahatlıq keçirirəm”, - Conson bildirib.

Tıxac problemi niyə bitmir? - DYP açıqladı

6 Mart 2018 12:03

Son zamanlar Bakı şəhər ərazisində yollarda süni tıxacın yaranmasının səbəbi şəhərin müəyyən ərazilərində asfalt örtüyünün çəkilməsi və digər işlərlə bağlıdır. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Keçən ay “Azərişıq” ASC-yə “ASAN” xidmət vasitəsi ilə 330 sahibkar müraciət edib

6 Mart 2018 11:52

Fevral ayının 15-dən etibarən “Azərişıq” ASC “ASAN” xidmət vasitəsilə daha bir yenilik etdi və bununla da sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi artıq bölgələrdəki bütün “ASAN” xidmət və “ASAN” kommunal mərkəzlərində gerçəkləşdirilməyə başlayıb. Elə bu səbəbdəndir ki, fevral ayı ərzində sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulması üçün müraciətlərin sayında sıçrayış olub. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, fevral ayı 28 gündən ibarət olmasına baxmayaraq 330 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət edib. Hansı ki, yanvar ayında 284 sahibkar bu məqsədlə ASAN Xidmət və ASAN kommunal mərkəzlərinə müraciət edib.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

6 Mart 2018 11:51

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 7-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Martin Şuster keçirəcəklər. 

Paytaxtda daha bir sürücü mədəniyyətsilziyi- VİDEO

6 Mart 2018 11:50

Bakıda marşrut avtobusunun sürücüsünə qarşı daha bir qeyri-etik hərəkətə yol verilib. “BakuBus” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, hadisə fevralın 28-i saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən “BakuBus”a məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobusun Neftçilər metro stansiyası dayanacağına daxil olarkən baş verib: “Təqdim olunan görüntüdə 99- AL-789 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünün yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, avtobusun hərəkət zolağında öz avtomobilini saxlaması, avtobusun dayanacağa daxil olmasına maneə yaratdığı və bununla bağlı xəbərdarlıq edən sürücünü nalayiq hərəkətlər və sözlərlə təhqir etdiyi əks olunur”.

Saraydan uşaqlar üçün Yenilik

6 Mart 2018 11:47

Heydər Əliyev Sarayında “Ələddin” adlı ilk uşaq müziklının premyerası olacaq. Aprelin 15-də təqdim ediləcək müziklın quruluşçu-rejissoru Əməkdar Artist İnarə Babayevadır. Səhnə əsərində populyar estrada ulduzları Zamiq Hüseynov, Sevda Yəhyayeva, Hüseyn Abdullayev, Emiliya Yaqubova, Əməkdar Artist Ələkbər Əliyev və digər tanınmış aktyor və müğənnilər çıxış edəcəklər.

Azərbaycanlı rejissorun filmi Kann film festivalında

6 Mart 2018 11:46

Kann film festivalının “L’atelier” proqramına seçilən 15 kinolayihənin adı açıqlanıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Olaylar.az –a  verilən məlumata görə, festivalın tarixində ilk dəfə olaraq bu siyahıda azərbaycanlı rejissor Elvin Adıgözəlin üçüncü uzunmetrajlı filmi olacaq “Yaşar” kinolayihəsi də yer alıb.

Amerika Suriyaya yeni hücuma hazırlaşır

6 Mart 2018 11:47

Ötən həftə Ağ evdə Suriyadakı vəziyyətlə bağlı görüş keçirilib. Tədbirdə prezident Donald Tramp, Ağ Ev aparatının başçısı Con Kelli, Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmaster və Müdafiə naziri Jim Mattis iştirak ediblər.

Röyanın 13 il öncəki 18+ GÖRÜNTÜLƏRİ YAYILDI: “Kənan, söz ver ki, məni soyundurmayacaqsan” - VİDEO

6 Mart 2018 11:45

Sosial şəbəkədə müğənni Röya Ayxanın maşın şoudan arxiv videosu üzə çıxıb. İfaçı sözügedən verilişdə çox cəsarətli açıqlamaları ilə çıxış edib. Röyanın 18 + söhbətləri kimi təqdim olunan kadrlar “Maşın Şou 2” də çəkilib.

Vergilər Nazirliyi XƏBƏRDARLIQ etdi

6 Mart 2018 11:43

Vergilər Nazirliyi gəlir, mənfəət və əmlak vergisi ödəyicilərinə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, 2017-ci hesabat ilinin yekunlarına görə gəlir vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin bəyannaməsini, mənfəət vergisinin ödəyiciləri olan rezident və qeyri-rezident hüquqi şəxslər mənfəət vergisinin bəyannaməsini, əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin bəyannaməsini bu ilin aprel ayının 2-dən gec olmayaraq vergi orqanına təqdim etməyə və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməyə borcludurlar.