Keçən ay “Azərişıq” ASC-yə “ASAN” xidmət vasitəsi ilə 330 sahibkar müraciət edib
Fevral ayının 15-dən etibarən “Azərişıq” ASC “ASAN” xidmət vasitəsilə daha bir yenilik etdi və bununla da sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi artıq bölgələrdəki bütün “ASAN” xidmət və “ASAN” kommunal mərkəzlərində gerçəkləşdirilməyə başlayıb. Elə bu səbəbdəndir ki, fevral ayı ərzində sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulması üçün müraciətlərin sayında sıçrayış olub. Səhmdar Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, fevral ayı 28 gündən ibarət olmasına baxmayaraq 330 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət edib. Hansı ki, yanvar ayında 284 sahibkar bu məqsədlə ASAN Xidmət və ASAN kommunal mərkəzlərinə müraciət edib.
6 Mart 2018 11:52 SosialFevral ayının 15-dən etibarən "Azərişıq" ASC "ASAN" xidmət vasitəsilə daha bir yenilik etdi və bununla da sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi artıq bölgələrdəki bütün "ASAN" xidmət və "ASAN" kommunal mərkəzlərində gerçəkləşdirilməyə başlayıb. Elə bu səbəbdəndir ki, fevral ayı ərzində sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulması üçün müraciətlərin sayında sıçrayış olub. Səhmdar Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, fevral ayı 28 gündən ibarət olmasına baxmayaraq 330 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün müraciət edib. Hansı ki, yanvar ayında 284 sahibkar bu məqsədlə ASAN Xidmət və ASAN kommunal mərkəzlərinə müraciət edib.
Sahibkarların elektrik şəbəkəsinə qoşulmaq üçün "ASAN" xidmət vasitəsi ilə "Azərişıq" ASC-yə müraciətlərinin sayının çoxalmasında digər səbəb heç şübhəsiz vahid pəncərə sistemi üzrə prosedurların 7-dən 3-ə salınması və elektrik şəbəkəsinə qoşulma müddətinin 69 gündən 24 günə endirilməsidir.
Fevral ayı ərzində sahibkarlarla yanaşı əhali abonentlərin də "ASAN" xidmət vasitəsi ilə "Azərişıq" ASC-yə müraciətlərinin sayında artım olub. Əgər yanvar ayında 3041 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün "ASAN" xidmət vasitəsi ilə "Azərişıq" ASC-yə müraciət etmişdisə, fevral ayının 28 günü ərzində 3252 vətəndaş müraciət edib.