Məktəb komandasının növbəti qələbəsi- VİDEO 

Paytaxt məktəblilərindən ibarət daha 4 komanda “Hazırcavablar” intellektual oyununda yarışıb.  “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 156, 184, 195 və 327 nömrəli tam orta məktəblərin şagirdləri “Dil və ədəbiyyat”, “Tarix”, “Coğrafiya”, “Ordan-burdan” və “İlk dəfə” bölmələri üzrə sualları cavablandırıb. 

Paytaxt məktəblilərindən ibarət daha 4 komanda "Hazırcavablar" intellektual oyununda yarışıb.  "OLAYLAR" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 156, 184, 195 və 327 nömrəli tam orta məktəblərin şagirdləri "Dil və ədəbiyyat", "Tarix", "Coğrafiya", "Ordan-burdan" və "İlk dəfə" bölmələri üzrə sualları cavablandırıb. 

İntellektual oyunun nəticələrinə əsasən, 156 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

"Hazırcavablar" intellektual oyununda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənnlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31