İrəvan Meriyası üç iri yol layihəsinin icrasına başlayır – ÖZƏL

Olaylar.az xəbər verir ki, İrəvan Meriyasında keçirilən işçi iclasda "İrəvanın Tikinti İnvestisiya Proqramlarının İcrası Burosu"nun direktoru Anetta Babayan üç böyük yol infrastruktur layihəsinin reallaşdırılmasına start verildiyini elan edib. Yaxın vaxtlarda "Şimal-Cənub" dövlətlərarası magistralının Noraqavit hissəsində estakadanın, İsakov prospekti ilə Arşakunyats prospektini birləşdirən nəqliyyat qovşağının tikintisinə, eləcə də Babacanyan küçəsindən Aştarak şosesinə qədər olan yol hissəsinin tamamlanmasına başlanılacaq. Babayan faktiki tikinti işlərinə bu həftədən başlanacağını və layihələrin müəyyən hissəsinin İrəvan şəhərinin büdcəsi hesabına maliyyələşdiriləcəyini bildirib.

Paytaxtın nəqliyyat sıxlığını azaltmağa və əsas magistralların buraxılış qabiliyyətini artırmağa yönəlmiş bu layihələrin başlanması əvvəlcə daha erkən müddətə planlaşdırılsa da, yol zonasına düşən daşınmaz əmlak mülkiyyətçiləri ilə yaşanan problemlər səbəbindən işlərin icrası bir qədər yubanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31