Məktəblilər üçün 20 000 dollarlıq mükafat şansı

“Qızıl Bayt  2018” (Golden Byte) beynəlxalq kompüter çempionatı keçiriləcək. “OLAYLAR” Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə keçirilən çempionatın əsas məqsədi informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını  təmin etmək və layihələrinə dəstək verməkdən ibarətdir.

"Qızıl Bayt  2018" (Golden Byte) beynəlxalq kompüter çempionatı keçiriləcək. "OLAYLAR" Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə keçirilən çempionatın əsas məqsədi informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını  təmin etmək və layihələrinə dəstək verməkdən ibarətdir.

Bu il Təhsil Nazirliyinin dəstəyi ilə azərbaycanlı gənclər ikinci dəfə olaraq  çempionatda iştirak edəcək.

Çempionat proqram, innovasiya layihələri, sistem inzibatçıları, mobil proqramlar, oyun və oyun personajlarının yaradılması, web-layihələr, qısa film, məlumat bazaları ilə iş üçün proqram, 10-17 yaşlı məktəblilərin layihələri nominasiyaları üzrə keçiriləcək.

Bundan başqa, ümumi təhsil müəssisələrinin şagirdləri 10-17 yaşlı məktəblilərin layihələri nominasiyaları üzrə yuxarıda sadaladığımızdan əlavə təbiətin qorunması, sosial problemlərin həlli kimi proyekt və ideyaları da təqdim edə bilərlər. Həmin şagirdlərin müəllimləri də mentor kimi layihəyə cəlb oluna bilər. Yarış qeydiyyat, regional final və beynəlxalq finaldan ibarət olmaqla üç mərhələdə keçiriləcək. Layihələrin qəbulu martın 15-nə qədər çempionatın rəsmi səhifəsində http://goldenbyte.org/ru/  aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31