Rusiyada 19 qadını zorlayıb öldürənə ömürlük həbs cəzası verildi
Rusiyanın Novosibirsk vilayət məhkəməsi keçmiş polis işçisi Yevgeni Çuplinski barədə hökm çıxarıb. Məlumata görə, Çuplinski 19 qadını zorlayıb öldürməkdə ittiham olunub. Qətl hadisələri 7 il ərzində baş verib.
5 Mart 2018 17:37 DünyaRusiyanın Novosibirsk vilayət məhkəməsi keçmiş polis işçisi Yevgeni Çuplinski barədə hökm çıxarıb. Məlumata görə, Çuplinski 19 qadını zorlayıb öldürməkdə ittiham olunub. Qətl hadisələri 7 il ərzində baş verib. Çuplinski qadınlarla təsadüfən tanış olub onları öz avtomobilyilə şəhər kənarına aparırmış. Sonra isə zorlayıb öldürürmüş. Öldürəndən sonra isə qurbanlarını doğrayıb, onların bədən hissələrini şəhərin müxtəlif zibilliklərinə atırmış.
Məhkəmə zamanı o, bütün günahlarını etiraf edib. Lent.az-ın yerli KİV-ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31