AXC - nin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Martın 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnşaat-texnologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.  “OLAYLAR”-a daxil olan məlumata görə, fakültənin dekanı, professor  Tahirə Haqverdiyeva AXC-nin 100 illik yubileyinin keçirilməsi haqqında ölkə prezidenti İlham Əliyevin 2017-ci il 16 may tarixli sərəncamını yada salıb, yubileyin keçirilməsinə dair tədbirlər planına uyğun olaraq   “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində  bütün elm-təhsil müəssisələrində, dövlət və özəl qurumlarda silsilə tədbirlərin təşkil olunduğunu deyib. Belə tədbirlərdən birinin bu gün universitetdə baş tutduğunu deyən dekan  bu tarixi günün əhəmiyyəti barədə məlumat verib. O, AXC-nin tarixindən danışıb, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdiyini qeyd edib.  

Martın 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnşaat-texnologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş tədbir keçirilib.  "OLAYLAR"-a daxil olan məlumata görə, fakültənin dekanı, professor  Tahirə Haqverdiyeva AXC-nin 100 illik yubileyinin keçirilməsi haqqında ölkə prezidenti İlham Əliyevin 2017-ci il 16 may tarixli sərəncamını yada salıb, yubileyin keçirilməsinə dair tədbirlər planına uyğun olaraq   "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində  bütün elm-təhsil müəssisələrində, dövlət və özəl qurumlarda silsilə tədbirlərin təşkil olunduğunu deyib. Belə tədbirlərdən birinin bu gün universitetdə baş tutduğunu deyən dekan  bu tarixi günün əhəmiyyəti barədə məlumat verib. O, AXC-nin tarixindən danışıb, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdiyini qeyd edib.  

Sonra çıxış edənlər  YAP Yasamal rayon təşkilatının sədri, universitetin Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili kafedrasının müdiri Tağı Əhmədov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov  da  dövlət başçısının 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsini tarixi hadisə kimi qiymətləndirib, bu qərarın Azərbaycan xalqının dövlətçilik tarixinə, dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə verilən yüksək dəyər olduğunu vurğulayıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31