Ovhannavank monastırında baş verənlər kəskin etirazlara səbəb olub – ÖZƏL

Olaylar.az xəbər verir ki, Diyakon Samvel Qriqoryan "Facebook" səhifəsində paylaşım edərək, Ovhannavank monastırında baş verənləri kilsə kanonlarının pozulması, mənəvi vandalizm və milli-dini dəyərlərin tapdalanması kimi qiymətləndirib. O bildirib ki, kilsə xidmətindən kənarlaşdırılmış (keşişlik rütbəsindən məhrum edilmiş) Stepan Asatryan monastırı qanunsuz olaraq zəbt edib və hazırda polis nəzarəti altında orada qanunsuz fəaliyyət göstərir. Sakinlərin sözlərinə görə, əsrlər boyu ibadət yeri olan bu müqəddəs məkanda hazırda ziyafətlər, ticarət fəaliyyəti təşkil olunur və restoran musiqiləri səsləndirilir.

Qriqoryanın sözlərinə görə, rütbəsi əlindən alınmış bir şəxsin dini ayinlər icra etməsi qanunsuzdur, həyata keçirdiyi "xaçpərəstlik", "nikah" və "dini ibadətlər" heç bir mənəvi qüvvəyə malik deyil və saxtakarlıqdır. O, inananları bu cür qanunsuz ayinlərdə və tədbirlərdə iştirak etməməyə çağıraraq vurğulayıb ki, Ovhannavank kimsənin şəxsi biznes obyekti və ya səhnəsi deyil, Erməni Həvari Kilsəsinin müqəddəs ocağıdır. Analoji mövqeni Ana Taxt Müqəddəs Eçmiədzin də təsdiqləyərək, monastırda icra olunan bu əməllərin mənəvi dəyərinin olmadığını və batil sayıldığını bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31