Ekspert: “Müxalifət öz maraqlarını güdür”
“Prezident seçkilərinin 11 aprel tarixinə təyin edilməsi müxalifətin, xüsusən də bəzi beynəlxalq dairələrin planlarını alt üst etdi”. Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
5 Mart 2018 15:20 Siyasət"Prezident seçkilərinin 11 aprel tarixinə təyin edilməsi müxalifətin, xüsusən də bəzi beynəlxalq dairələrin planlarını alt üst etdi". Bunu internet-media eksperti Səbuhi Abbasov deyib.
"Görünən odur ki, oktaybrda keçirilməsi nəzərdə tutulan seçkilərlə bağlı ciddi maxinasiyalar hazırlanırmış. 6 ay öncəyə çəkilmə həm də bu planları alt üst etdi. Məsələ burasındadır ki, xalq artıq ölkədə və dünyada gedən prosesləri çox gözəl anlayır və analiz edir. Bu mənada 10 mart mitinqi də fiaskoya uğrayacaq. Bu birmənalı şəkildə belə olacaq. Çünki mitinqi təşkil edənlər xalqı yox, öz maraqlarını güdürlər. Xaricdən aldıqları qrantları "yuyurlar". İkinci bir məqam isə ölkəmizdə olan mövcud sabitlik mühitinin korlanması ilə bağlıdır. Buna da heç bir halda yol vermək olmaz". Sia.az