Əməkdar artist işdən çıxarıldı
Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynov işdən azad olunub. Buna səbəb İlham Hüseynovun iş davamiyyətini ardıcıl pozmasıdır.
5 Mart 2018 15:18 MədəniyyətAkademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynov işdən azad olunub. Buna səbəb İlham Hüseynovun iş davamiyyətini ardıcıl pozmasıdır.
"İlham Hüseynovun səhhətində problem yarandığına görə bülleten götürmüşdü. Bülletenin vaxtı başa çatsa da, o, teatrda ardıcıl olaraq iş davamiyyətini pozub. Bundan başqa, İlham Hüseynov teatrın yaradıcı və ictimai həyatında, kollektiv tədbirlərdə iştirak etmir. Bütün bu səbəblərdə əməkdar artist İlham Hüseynovla bağlanmış əmək müqaviləsinə xitam verilib", - deyə teatrdan bildirilib. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31