Xətaidə yanğın - Bir nəfər tüstüdən zəhərlənib

Paytaxtda baş verən yanğın hadisəsində bir nəfər tüstüdən zəhərlənib. Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində 3 ədəd elektrik sayğacı yanıb.

Paytaxtda baş verən yanğın hadisəsində bir nəfər tüstüdən zəhərlənib. Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində 3 ədəd elektrik sayğacı yanıb.

Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək, aidiyyatı üzrə təhvil verilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Trend Fövqəladə Hallar Komissiyasının saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31