Elmi konfrans keçiriləcək
Martın 6 –da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrası “Teatr tarixində aktyor sənətinin inkişaf tendensiyaları” mövzusunda Milli teatr gününə həsr olunmuş tələbə elmi konfransı keçirəcək. Olaylar.az bildirir ki, konfransın açılışı ADMİU-nun əsas binasında “Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”nin konfrans zalında olacaq. Konfransı giriş sözü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, ADMİU-nun prorektoru, professor Məryəm Əlizadə və Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə açacaq.
5 Mart 2018 15:10 Teatr və kinoMartın 6 -da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrası "Teatr tarixində aktyor sənətinin inkişaf tendensiyaları" mövzusunda Milli teatr gününə həsr olunmuş tələbə elmi konfransı keçirəcək.
Olaylar.az bildirir ki, konfransın açılışı ADMİU-nun əsas binasında "Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi"nin konfrans zalında olacaq.
Konfransı giriş sözü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, ADMİU-nun prorektoru, professor Məryəm Əlizadə və Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə açacaq.
Konfransda ADMİU-nun Teatr sənəti fakültəsinin Teatrşünaslıq ixtisasının III kurs tələbələri çıxış edəcək.
ADMİU-nun Teatrşünaslıq kafedrasının keçirdiyi konfrans çox mühüm elmi-nəzəri bir mövzunu gündəmə gətirmək, teatr sənətində aktyor sənətinin inkişaf tendensiyalarını təhlil etməklə yanaşı, tələbələrdə araşdırma vərdişlərini formalaşdırmaq, onların tədqiqatçılıq səriştələrini artırmaq məqsədini qarşıya qoyub.