Gündəm

“Azərbaycanda insanlarla ünsiyyətdən hiss olunur ki, sabitlik hökm sürür”

4 Aprel 2018 13:43

“Azərbaycanda insanlarla ünsiyyətdən hiss olunur ki, ölkədə sabitlik və sakitlik hökm sürür”.

İtaliyada mafiyaya qarşı ƏMƏLİYYAT - 25 nəfər saxlanıldı

4 Aprel 2018 13:39

İtaliyanın Bari şəhərində yerli polisin mafiyaya qarşı keçirdiyi əməliyyat nəticəsində 25 nəfər saxlanılıb. Məlumata görə, əməliyyat iki klana qarşı keçirilib. Saxlanılan şəxslər narkotik vasitələrin ticarətində, qanunsuz silah saxlamaqda ittiham olunub.

Qazaxda ağır yol qəzası baş verib

4 Aprel 2018 13:36

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonu ərazisində ”Mercedes” markalı sərnişin avtobusu və ”Mercedes” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Aclıq aksiyası keçirən modelyerin məhkəməsi bitdi

4 Aprel 2018 13:34

Sahibkar, modelyer Leyla Əhmədova icarəyə götürdüyü moda evinin sahibləri ilə uzun müddətdir davam edən məhkəmə çəkişməsində qismən qalib gəlib. Bu barədə modelyerin özü məlumat verib. 

Orduxanla Turalın digər satqın dostu haqqında şok faktlar - ARAŞDIRMA

4 Aprel 2018 13:33

Avropada "siyasi mühacir" adı altında dövlət maraqlarımız əleyhinə fəaliyyət göstərən daha bir şəxs haqqında ilginc məlumatlar əldə etmişik. SİA xəbər verir ki, aparılan araşdırmalar nəticəsində və Almaniyadakı etibarlı mənbənin verdiyi məlumata görə, həmin şəxs Facebook sosial şəbəkəsində "Reshat Mehmetov" (çox güman ki, Rəşad Məmmədov-R.N.) adı ilə hər kəsə açıq olan səhifə açaraq, Azərbaycanın milli dövlətçilik maraqlarına qarşı paylaşımlar edir və o, Orduxan Teymurxanın (Bəbirovun), həmçinin Tural Sadıqlının yaxınlarından biridir.

Paytaxtda elektrik enerjisinin verilişində fasilələr minimuma endirilib

4 Aprel 2018 13:30

Bakı şəhərinin 2017-ci il üzrə elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı barədə hesabat hazırlanıb. Bu barədə Energetika Nazirliyindən “Olaylar”a verilən məlumata görə, hesabata əsasən ötən il əvvəlki illərlə müqayisədə Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı üzrə yüksək göstəricilərə nail olunub. Belə ki, Bakı şəhəri üzrə 2017-ci il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin müddəti (SAIDI göstəricisi ilə) 0,87 saat təşkil edib. Orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin sayı isə (SAIFI göstəricisi ilə) 0,98 dəfə olub.

Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir

4 Aprel 2018 13:28

Ədliyyə Nazirliyində respublikamızın ədliyyə naziri Fikrət Məmmədovun və Türkiyənin ədliyyə naziri Abdulhamit Gülün görüşü keçirilib.Nazirlikdən verilən məlumata görə, görüşdə ədliyyə naziri Fikrət Məmmədov ölkəmizin ədliyyə tarixinə toxunaraq nazirliyin bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmasından və fəaliyyətindən bəhs edib, son illər ölkəmizdə ədliyyə və məhkəmə sistemində aparılan islahatlardan və yeniliklərdən danışıb, həyata keçirilən tədbirlərdə türkiyəli mütəxəssislərin yaxından iştirakını, ötən il Türkiyə Ədliyyə Akademiyasının dəstəyi ilə bütün hakimliyə namizədlərin qardaş ölkədə yarım aylıq təcrübə keçdiyini xüsusilə vurğulayıb.

Odlar Yurdu Universiteti Beynəlxalq təhsil sərgisində təmsil olundu

4 Aprel 2018 13:26

Odlar Yurdu Universiteti dünyanın 14 ölkəsindən 160-a yaxın universiteti özündə birləşdirən KÜNİB-in (Qafqaz Universitetləri Birliyi) Bakıda keçirdiyi Beynəlxalq təhsil sərgisində təmsil olunmuşdur.

Dərmanın təsirindən rəngini dəyişən ürək çipi icad edildi

4 Aprel 2018 13:25

Çin alimləri dərmanın effektivliyindən asılı olaraq rəngini dəyişən ürək çipi yaradıblar. O, insan bədənindən kənarda ürək əzələ toxumasının döyünmə və azalmasını imitasiya edir. Alimlər buqələmunu müşahidə etdikdən sonra xüsusi optik struktura malik geldən istifadə etmək qərarına gələrək, onu hüceyrə mikroçipi üzərinə hopdurublar. Ürək əzələ hüceyrələri genişlənməyə və yığılmaya başlayan zaman isə gel buna uyğun olaraq öz rəngini dəyişib.

Əli Kərimlinin 17 yaşlı trol “gözəlçəsi” TƏRS BAXIŞ +FOTO

4 Aprel 2018 13:24

Zaman-zaman AXCP sədri Əli Kərimli və ətrafı haqqında çoxsaylı faktlara əsaslanan və heç də xoş olmayan məsələlər ictimaiyyətin diqqətini cəlb edir. Daha doğrusu, Ə.Kərimli sədrlik etdiyi siyasi təşkilatı ələ keçirər-keçirməz orada baş verən və heç bir milli-mənəvi, eləcə də əxlaqi dəyərlərə sığmayan hadisələr bir-birini elə sürətlə əvəz etməyə başladı ki, onların sayı-hesabı belə, ölçüyəgəlməz dərəcədə artdı.

Azərbaycan Misir ədəbi əlaqələri müzakirə olundu - MİSİRDƏ

4 Aprel 2018 13:23

AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor İmamverdi Həmidov Misirdə Azərbaycan dili tədris olunan məşhur universitetlərindən olan Ayn Şəms Universitetinin dəvəti ilə “Misirdə şərq araşdırmaları: təşəkkülü və inkişafı” mövzusunda keçirilən konfransda məruzə ilə iştirak edib. Olaylar.az bildirir ki, konfrans çərçivəsində professor Ayn Şəms Universitetində Azərbaycan ədəbiyyatı və şərq dilləri, o cümlədən Azərbaycan Misir ədəbi əlaqələri haqqında çıxış edərək, Ərəb-Misir və Azərbaycan ədəbiyyatlarında ədəbi əlaqələrlə bağlı məsələlərə aydınlıq gətirməklə xalq ədəbiyyatında və klassiklərimizin əsərlərində olan Misir mövzusu barədə məlumatlar verib.

Türkiyə parlamentindən 5 nəfərlik heyət seçkiləri izləyəcək

4 Aprel 2018 13:22

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini Türkiyə Böyük Millət Məclisindən beş nəfərlik heyət müşahidə edəcək. 

Elxan Şahinoğlu: “Zatulin hər fürsətdə Azərbaycan cəmiyyətini aşağılamağa çalışır”

4 Aprel 2018 13:12

“Rusiya Azərbaycana göndərmək istədiyi səfirinin adını açıqlayıb. Dövlət Duması Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Bu Mixail Boçarnikovdur”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

“Təhqir, harda səslənməsindən asılı olmayaraq cinayət əməlidir”

4 Aprel 2018 13:10

“Təhqir, harda səslənməsindən, tirajlanmasından asılı olmayaraq cinayət əməlidir və ona qarşı qanunlar çərçivəsində addım atılmalıdır”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.