Aclıq aksiyası keçirən modelyerin məhkəməsi bitdi
Sahibkar, modelyer Leyla Əhmədova icarəyə götürdüyü moda evinin sahibləri ilə uzun müddətdir davam edən məhkəmə çəkişməsində qismən qalib gəlib. Bu barədə modelyerin özü məlumat verib.
4 Aprel 2018 13:34 SosialSahibkar, modelyer Leyla Əhmədova icarəyə götürdüyü moda evinin sahibləri ilə uzun müddətdir davam edən məhkəmə çəkişməsində qismən qalib gəlib. Bu barədə modelyerin özü məlumat verib.
Ali Məhkəmənin qərarına əsasən bildirilib ki, Əhmədova Leyla Səday qızının Bakı şəhəri, Yasamal rayon, Cəfər Cabbarlı, ev 29 ünvanında yerləşən qeyri-yaşayış sahədən çıxarılması ilə bağlı cavabdehlər Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan müştərək qaydada müəyyən miqdarda məbləğ alınıb. Qərar isə aprelin 3-də icra olunub. Belə ki, obyekt media işçilərinin iştirakı ilə N. Ağayev və A. Lütfəliyevə təhvil verilib. L. Əhmədova məkanın açarını təqdim edib və oranı tərk edib.
Xatırladaq ki, Leyla Əhmədova obyektindən çıxarıldığı üçün aclıq aksiyası da keçirmişdi. Qafqazinfo.az


