Gündəm

“Azərbaycanda dövlət-din münasibətləri: tarixi baxış və müasirlik” adlı kitab nəşr edilib

4 Aprel 2018 14:10

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Mübariz Qurbanlının “Azərbaycanda dövlət-din münasibətləri: tarixi baxış və müasirlik” adlı kitabı nəşr edilib. Dini Komitədən “OLAYLAR”-a bildirilib ki, ön sözünün müəllifi Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev olan nəşrə Azərbaycanda dini sahə ilə bağlı müxtəlif mövzuları əks etdirən məlumatlar və müəllifin dövri mətbuatda çap olunan məqalələri daxil edilib.

Ölkənin boks ictimaiyyəti İlham Əliyevə səs verəcək

4 Aprel 2018 14:07

Azərbaycan Boks Federasiyasında (ABF) aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı iclas keçirilib. “OLAYLAR” GİN-ə istinadən xəbər verir ki,  toplantıda ABF rəhbərliyi, milli komandaların məşqçilər korpusu və boksçular iştirak ediblər.

Mart ayında “Azərişıq” ASC-yə “ASAN” xidmət vasitəsi ilə 318 sahibkar müraciət edib

4 Aprel 2018 14:06

“Azərişıq” ASC tərəfindən sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsinin bölgələrdəki bütün “ASAN” xidmət və “ASAN” kommunal mərkəzlərini əhatə etməsi, vahid pəncərə sistemi üzrə prosudurların 7-dən 3-ə salınması və şəbəkəyə qoşulma müddətinin 69 gündən 24 günə endirilməsi mart ayı ərzində müsbət mənada öz təsirini göstərib. “OLAYLAR” Səhmdar Cəmiyyətə istinadən xəbər verir ki, mart ayında bayram günlərinin sayının çoxluğuna, daha dəqiqi cəmi 19 gün iş günü olmasına baxmayaraq 318 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün “ASAN” xidmət və “ASAN” kommunal vasitəsi ilə “Azərişıq” ASC-yə müraciət edib.

Aprel döyüşlərinə həsr olunmuş   silsilə tədbirlər keçirilib

4 Aprel 2018 14:05

Paytaxt məktəblərində aprel döyüşləri ilə əlaqədar silsilə tədbirlər keçirilir. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozaraq dinc əhalini intensiv atəşə tutulması və Azərbaycan Ordusunun gücü, qüdrəti, peşəkarlığı nəticəsində düşmən həmləsinin qarşısının alınmasına həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilir.

Survivor yarışmasında mühüm dəyişiklik: 1 saata 25 min mesaj gəldi

4 Aprel 2018 14:03

Ölkəmizdə də yetərincə izləyiciləri olan və Türkiyədə izlənmə rekordları qıran Survivor yarışmasında format dəyişikliyi edilib.

Azərbaycan vətəındaşları sabitlik və inkişafın davamlı olmasına səs verəcəklər

4 Aprel 2018 14:01

Aprelin 11-də ölkə vətəndaşları yenidən səsvermə məntəqələrinə gedərək prezidentini seçəcək. Artıq seçkilərin vaxtına da sayılı günlər qalıb. Seçkiöncəsi vəziyətin kifayət qədər sabit olması, ölkədə normal seçki mühtinin mövcudluğu onu deməyə əsas verir ki, Azərbaycan xalqı bu dəfə də azad və ədalətli, şəffaf seçki keçirərək bir daha dünyaya demokratik prinsiplərə sadiq qaldığını nümayiş etdirəcək.

Kimlər məcburi DNT analizindən keçiriləcək?

4 Aprel 2018 14:00

Ölkə parlamenti müasir dövr üçün vacib olan daha bir qanunun qəbulunu reallaşdırmaq üzrədir. Belə ki, Milli Məclis "Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" qanun layihəsi ilk oxunuşda qəbil edib. Xatırladaq ki, sözügedən qanunun iyulun 1-dən tətbiq olunması nəzərdə tutulur.

Əli Kərimlinin özünü sığortalamaq cəhdi

4 Aprel 2018 13:58

Radikal düşərgə bir-birinin ardınca məğlubiyyət sindromu ilə qarşılaşır. Aprelin 11-də keçiriləcək prezident seçkilərini boykot qərarının cəmiyyət, hətta müxalif düşərgə tərəfindən belə dəstəklənməməsinin ardınca kütləvi aksiyalara qərar verən Milli Şura adlanan qurumun etiraz aksiyaları vasitəsilə ictimai-siyasi sabitliyi pozmaq cəhdləri də iflasa uğrayır.

Peşə təhsilinə yeni yanaşma nə vəd edir?

4 Aprel 2018 13:55

Uzun müddətdən bəri haqqında söhbət gedən "Peşə təhsili haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Məlumat üçün qeyd edək ki, sözügedən qanun layihəsində peşə təhsilinə yeni yanaşma ortaya qoyulub. Maraqlıdır, yeni qanun layihəsi ilə tənzimlənəcək peşə təhsili müasir bazarın tələbatına cavab verəcəkmi? Başqa sözlə, hazırlanacaq kadrlar məşğulluq probleminin həllində nə dərəcədə rol oynaya biləcəklər?

Şərəf və ləyaqətin təhqiri cinayət əməlidir

4 Aprel 2018 13:54

Bəzi üzdəniraq “soydaşlarımız” sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edərək Azərbaycanın dövlət atributlarını, Azərbaycan xalqını təhqir etməkdə davam edirlər. Vəziyyət o həddə çatıb ki, təhqir və söyüşlər açıq-aşkar ünvanlı şəkildə səsləndirilir. “Söyüş layihəsi” düşünülmüş şəkildə ortaya atıldığından və sözügedən prosesin arxasında məqsədli dairələrin dayandığından bu prosesi humanizm yanaşma ilə aradan qaldırmaq qeyri-mümkündür.

Seçkini boykot edən müxalifətçi dərnək rəhbərləri maraqları baxımından düzgün addım atıblar

4 Aprel 2018 13:51

Bu gün Azərbaycan cəmiyyətində əsas müzakirə mövzusu heç şübhəsiz ki, aprelin 11-də ölkədə keçiriləcək prezident seçkiləridir. Müşahidə etdiyimiz mənzərə ondan ibarətdir  ki, prezident seçkilərinə kifayət qədər böyük maraq var. Bu maraq həm daxildə, həm də xaricdə açıq şəkildə hiss edilir. Seçkiqabağı situasiyanı dəyərləndirmək üçün beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycana səfər etmələri, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndə heyətinin uzunmüddətli missiya ilə Azərbaycana gələrək burada namizədlərlə ayrı-ayrılıqda görüş keçirməsi və seçkiqabağı mühiti dəyərləndirməsi, eləcə də çoxlu sayda xarici müşahidəçinin seçki günü məntəqələrdə müşahidə aparmaq məqsədilə Mərkəzi Seçki Komissiyasından qeydiyyatdan keçməsi məhz 11 aprel prezident seçkilərinə olan beynəlxalq marağın göstəricisidir.

Qaynı ilə əlbir olub ərini öldürdü, meyitini ayaqyoluna atdı və... - DƏHŞƏTLİ TƏFƏRRÜAT- YENİLƏNİB

4 Aprel 2018 13:49

Qəbələ rayon Tikanlı kənd sakini Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyevin törətdiyi cinayətin təfərrüatları bəlli olub. Qəbələ rayon Tikanlı bələdiyyə nümayəndəsinin verdiyi məlumata görə Rəfiyevlər ailəsi 2015-ci ildən münaqişəli ailə kimi polis bölməsində qeydiyyatda olublar: “Qəbələ rayon sakini Vüsalə Məmmədşərifova ilə Dursun Rəfiyev arasında tez-tez müxtəlif səbəblərdən söz-söhbət olurdu. Kənddə onların ailəsi demək olar ki, ad çıxarıb.

"Eurovision 2018"-in açılışını Aysel Məmmədova edəcək - VİDEO

4 Aprel 2018 13:48

"Eurovision 2018"-in açılışını Aysel Məmmədova edəcək. Məlumata görə, mahnı müsabiqəsində iştirakçıların sıra nömrəsi müəyyənləşib. Azərbaycan təmsilçisi Aysel “X my heart” mahnısı ilə birinci yarımfinalda birinci nömrə altında çıxış edəcək.

Seçkilərlə bağlı polis gücləndirilmiş iş rejimində çalışacaq

4 Aprel 2018 13:44

Aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar olaraq, aprelin 10-dan 14-nə kimi daxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları gücləndirilmiş iş rejiminə keçəcək. 

Aprel döyüşlərində şəhid olmuş əsgərin atası: “İcra başçısı yas üçün verilən pulu əlimdən alıb” 

4 Aprel 2018 13:45

Aprel döyüşlərində şəhid olan Nurlan Abdullayevin atası Zərdab Rayon İcra hakimiyyətinin oğluna qarşı etdiyi hörməsizliyə etiraz edir. Şəhid atası Rasim Abdullayev bildirib ki, rayonun İcra hakimi Lütvəli Babayev şəhidin dəfni üçün ayrılmış pulu mənimsəyib, üstəlik bütün rayon idarələrindən şəhidin baş daşı üçün vəsait toplayıb: “Oğlum Nurlan məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid olub.