Aprel döyüşlərinə həsr olunmuş   silsilə tədbirlər keçirilib

Paytaxt məktəblərində aprel döyüşləri ilə əlaqədar silsilə tədbirlər keçirilir. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozaraq dinc əhalini intensiv atəşə tutulması və Azərbaycan Ordusunun gücü, qüdrəti, peşəkarlığı nəticəsində düşmən həmləsinin qarşısının alınmasına həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilir.

Paytaxt məktəblərində aprel döyüşləri ilə əlaqədar silsilə tədbirlər keçirilir. "OLAYLAR" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində 2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozaraq dinc əhalini intensiv atəşə tutulması və Azərbaycan Ordusunun gücü, qüdrəti, peşəkarlığı nəticəsində düşmən həmləsinin qarşısının alınmasına həsr olunan konfranslar, mühazirə və "Dəyirmi masa"lar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilir.

Aprel döyüşləri ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanır, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilir.

Tədbirlərdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda, eləcə də aprel döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilir. 2016-cı il aprelin 1-dən   2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalması, dörd gün davam edən döyüşlər nəticəsində Azərbaycan ordusunun düşmən təxribatının qarşısının qəhrəmanlıqla alması, Lələtəpə və Talış yüksəkliklərinin işğaldan azad olması barədə şagirdlərə geniş məlumat verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31