Gündəm
Əri tərəfindən vəhşicəsinə döyülən azərbaycanlı müğənni efirə gəldi
Təxminən 20 gün öncə həyat yoldaşı tərəfindən döyüldüyü deyilən Anara adlı azərbaycanlı müğənni bu gün "Səhər-Səhər" verilişinin qonağı olub. Gənc qadın türk əsilli həyat yoldaşının onu müğənni kimi qəbul edərək 8 il öncə ailə həyatı qurduqlarını deyib.
Avropa birinciliyində 11 boksçumuz mübarizə aparacaq
Aprelin 17-dən 26-dək İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi keçiriləcək. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamız yarışda 11 idmançı ilə təmsil olunacaq.
Fransada dəmir yolu tətil etdi - Parisdə həyat durdu
Fransada dəmiryolçuların tətili Paris ətrafında böyük tıxaca səbəb olub. Məlumata görə, paytaxt ətrafında yaranmış tıxacın 400 km yolu əhatə etdiyi bildirilib. Məlumata görə, tətilə dəmir yolu əməkdaşlarının 34 faizi qoşulub.
Cristiano Ronaldodan növbəti rekord
Real Madridin portuqaliyalı ulduzu Cristiano Ronaldo Çempionlar Liqasında ardıcıl 10 oyun qol vuran ilk oyunçu olaraq rekor da imza atıb.
Sosial şəbəkələrin söyüş qrupunun alətinə çevrilməsinə imkan verməməliyik
Avropadakı söyüşcül qruplar öz çirkin əməllərini davam etdirirlər. Bütün əndazəni, normaları, etikanı keçən bu şəxslər eyni zamanda qoca qitədə Azərbaycan adına təşkil edilən görüş və toplantıları da pozmağa, süni şəkildə qarşıdurma yaratmağa çalışırlar. Ən son Almaniyanın Köln şəhərində keçirilən toplantı zamanı biz bunun əyani şahidinə çevrildik.
Tvinninq layihəsinə yekun vuruldu
Aprelin 4-də Milli İncəsənət Muzeyində “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Mədəniyyət və Turizm Nazirliyinə dəstək” tvinninq layihəsinin yekun tədbiri keçirilib.
Ramil Usubov əmr verdi - Kamran Əliyevə yeni vəzifə verildi + Təyinat
DİN Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi edilib. Uzun illərdir mətbuatla sıx əlaqələr qurmağı bacaranpolkovnik Kamran Əliyev Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Canlı efirdə aparıcını hədələyən Baloğlan Əşrəfov: “Sənin başını kəsmək lazımdır” – QALMAQAL
Space Tv-də canlı yayımlanan “Onda başladıq” verilişində qonaq olan müğənni Baloğlan Əşrəfov sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəylinin başını kəsməklə hədələyib.
Narışkin: "ABŞ-ın dünyada yaratdığı sistem çökür"
Qərb hegemoniyasına haqq qazandırmaq üçün söylənilən yalanların sayı və keyfiyyətinin bənzəri yoxdur. Bunu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib. Onun sözlərinə görə, rus diplomatlarının Qərb ölkələrindən bəhanələrlə qovulması dünyada gərginliyin səviyyəsini göstərir: “Münasibətlər xüsusilə NATO və Rusiya arasında gərginləşir. Rus diplomatlarının bir müddət öncə ABŞ və onun peyki olan ölkələrdən bəhanələrlə qovulması bunu təsdiq edir. Əslində, Rusiya ilə Qərb arasında toqquşmanın obyektiv səbəbləri yoxdur. ABŞ daim özünün kobud diktəsini avroatlantik inteqrasiya altında gizlətməyə çalışır.
Ekspert Rusiyanın sirrini açdı: Putinin “yeni” taktikası
Nüfuzlu ABŞ nəşrləri Rusiyanın Sovetlərin “qapalı hərbi şəhərcik” taktikasına geri döndüyü fikrini irəli sürüb. Rusiya Müdafiə Nazirliyinin Qara dənizdə ilk hərbi texnopolis yaratmaq planları yüksək qiymətləndirilib. Rus ekspertlər isə hərbi texnopolislər yaratmaq fikrini birmənalı qarşılamasalar da, ZATO-ya (qapalı inzibati-ərazi vahidi) dönüşün olmayacağına əminliklərini ifadə ediblər.
“Ağquyu” müəmması: Rusiya tikir, Türkiyəyə baha satır? - Ekspert
İrəvandan növbəti ümidsiz Qarabağ açıqlaması – Keçmiş nazir
İtaliyanın balet truppası Azərbaycan səhnəsində
Aprelin 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində teatra tanınmış italyan balet truppası "Spellbound"un çıxışı keçiriləcək. Olaylar.az bildirir ki, balet truppası Bakıda "Bir axşam Spellboundla"adlı proqram təqdim edəcək.














