Narışkin: "ABŞ-ın dünyada yaratdığı sistem çökür"
Qərb hegemoniyasına haqq qazandırmaq üçün söylənilən yalanların sayı və keyfiyyətinin bənzəri yoxdur. Bunu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib. Onun sözlərinə görə, rus diplomatlarının Qərb ölkələrindən bəhanələrlə qovulması dünyada gərginliyin səviyyəsini göstərir: “Münasibətlər xüsusilə NATO və Rusiya arasında gərginləşir. Rus diplomatlarının bir müddət öncə ABŞ və onun peyki olan ölkələrdən bəhanələrlə qovulması bunu təsdiq edir. Əslində, Rusiya ilə Qərb arasında toqquşmanın obyektiv səbəbləri yoxdur. ABŞ daim özünün kobud diktəsini avroatlantik inteqrasiya altında gizlətməyə çalışır.
4 Aprel 2018 14:44 DünyaQərb hegemoniyasına haqq qazandırmaq üçün söylənilən yalanların sayı və keyfiyyətinin bənzəri yoxdur. Bunu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib. Onun sözlərinə görə, rus diplomatlarının Qərb ölkələrindən bəhanələrlə qovulması dünyada gərginliyin səviyyəsini göstərir: "Münasibətlər xüsusilə NATO və Rusiya arasında gərginləşir. Rus diplomatlarının bir müddət öncə ABŞ və onun peyki olan ölkələrdən bəhanələrlə qovulması bunu təsdiq edir. Əslində, Rusiya ilə Qərb arasında toqquşmanın obyektiv səbəbləri yoxdur. ABŞ daim özünün kobud diktəsini avroatlantik inteqrasiya altında gizlətməyə çalışır.
Vaşinqtonun yaratdığı - ABŞ-dan digər dövlətlərin vassal asılılığı sistemində artıq nasazlıqlar yaranmağa başlayır". Axar.az