ABŞ prezidenti "Youtube"un binasında baş verən qətliamdan yazdı
4 Aprel 2018 14:11 DünyaAğ Ev sözçüsü Sara Sanders "Youtube"un binasında törədilən qətliam barədə ABŞ prezidentinə məlumat verdiyini və hadisələri yaxından izlədiklərini bildirib.
Qaynarinfo-nun xarici mətbuata istinadən məlumatına görə, ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı tvit atıb:
"Kaliforniyanın San Bruno şəhərində "YouTube"un qərargahında törədilən qətliam barədə məlumatımız var. Fikir və dualarımız zərərçəkənlərlədir. Hazırda hüquq mühafizə orqanları hadisə yerindədir. İlkin müdaxilə üçün təşəkkür edirəm".
![]()
Donald J. Trump✔@realDonaldTrump
Was just briefed on the shooting at YouTube's HQ in San Bruno, California. Our thoughts and prayers are with everybody involved. Thank you to our phenomenal Law Enforcement Officers and First Responders that are currently on the scene.
