Tibb işçilərinə sosial ədalət və səmərəlilik prinsiplərinin tətbiqi- ÖZƏL

Mətin Hadızadə: "Bu qərar minlərlə tibb işçisinin əməyinə verilən qiymətin ifadəsidir"

"Tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı qəbul edilən qərar Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl sosial siyasətin tərkib hissəsidir. Heç şübhəsis ki, bu islahat səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir". Bunu "Olaylar"a TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsinin Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri Mətin Hadızadə deyib: "Nəzərə alaq ki, bu təşəbbüs Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən irəli sürülüb və Prezident İlham Əliyevin dəstəyi ilə genişmiqyaslı islahat formatında həyata keçirilir. Əmək haqlarının artırılmasının 72 mindən artıq tibb işçisini əhatə etməsi özlüyündə hər şeyi deyir. Xüsusən, tibb sahəsində çalışan orta persanalın maaşlarının artırılması onların pasientlərə daha keyfiyyətli tibbi xidmət göstərməsinə stimul yaradacaq. Bu isə öz növbəsində tibb işçilərinə sosial ədalət və səmərəlilik prinsiplərinin tətbiqi deməkdir". 
M. Hadızadə hesab edir ki, bu qərar tibb sahəsində kadr potensialının təmin olunmasında əhəmiyyətli rol oynayacaq: "Xüsusən, regionlarda çalışan həkimlər üçün əlavə maliyyə stimullarının yaradılması çox vacibdir. Hazırda əsas məsələlərdən biri həkimlərin ölkə üzrə qeyri-bərabər yerləşməsidir. Regional əmsalların və əlavə ödəniş mexanizmlərinin tətbiqi ixtisaslı tibbi kadrların bölgələrdə işləməsini daha cəlbedici edəcək. Bu isə nəticə etibarilə regionlarda yaşayan vətəndaşların keyfiyyətli tibbi xidmətə çıxış imkanlarının genişləndirəcək. Ümumilikdə, Tibb işçilərin əmək haqlarının artırılması Mehriban xanım Əliyevanın sosial məsələlərə, xüsusilə səhiyyə və insan sağlamlığına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu baxımdan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və dövlət başçısına, eləcə də TƏBİB və Səhiyyə Nazirliyinə təşəkkürümüzü bildiririk".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31